“”Vaqner” texnikaları Rostov-na-Donu şəhərində 10 min kvadratmetr yollara ziyan vurub”. Bu barədə şəhər meri Aleksey Loqvinenko məlumat yayıb. Onun sözlərinə görə, yollar iki günə təmir olunacaq. Qeyd edək ki, ötən gün “Vaqner PMC” şirkətinin yaradıcısı Yevgeni Priqojinin Rostov-na-Donudakı Cənub Hərbi Dairəsinin binasını tərk edib.
Rəsmi Bakı Ermənistan XİN-in bəyanatına cavab verdi
“Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər vəchlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir”. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 24 iyun tarixli bəyanatına dair şərhində əksini […]
Rusiyanın müdafiə naziri haradadır?
“Vaqner”in qısa müddətli üsyanı Rusiyada panika yaratsa da, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun yoxa çıxması yeni iddialar ortaya çıxardıb. Belarusun vasitəçiliyinin sonunda “Vaqner”in lideri Yevgeni Priqojin muzdlu dəstəni geri çəkib və bu proses boyu səssiz qalan Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə ortada görünməyib. Dünən axşam mövzu ilə bağlı açıqlama […]
Sabahdan bir həftəlik bayram tətili başlayır
Sabahdan Azərbaycanda bir həftəlik bayram tətili başlayır. Tətil 26 iyun- 2 iyul tarixlərini əhatə edəcək. Belə ki, 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və […]
Vilayət Eyvazov rəisi vəzifədən azad etdi – Yeni təyinat
Göyçay Regional Mühafizə Şöbəsinin rəisi polis polkovnik-leytenantı Əhliman Eminov vəzifəsindən azad edilib. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə Əhliman Eminov Şəmkir Rayonlararası Mühafizə Şöbəsinə rəis təyin edilib.
“26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı “Narkotiklərə YOX, Arzularınıza doğru gedin!” konfransı keçirilib
İyun ayının 23-də Daxili İşlər Nazirliyinin “Xəzri” istirahət və sağlamlıq mərkəzində “Narkotiklərə YOX, Arzularınıza doğru gedin!” şuarı altında konfrans keçirilib. “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə” həsr olunan tədbirin təşkilatçısı “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi olub.Konfransı giriş sözü ilə açan “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədr müavini Büllur […]
Cüdo yığmamız birinci oldu
Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında fərdi yarışlar başa çatıb. Azərbaycan millisi qitə birinciliyini 9 medalla tamamlayıb. Yığma medal əyarına görə komanda hesabında birinci yeri tutub. Cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev […]
Priqojinlə danışıqları niyə Lukaşenko aparıb? – Kreml açıqladı
Kreml Lukaşenkonun Priqojinlə danışıqlara niyə rəhbərlik etdiyini açıqlayıb. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko özü namizədliyini Vaqner PMC-nin təsisçisi Yevgeni Priqojinlə danışıqlar aparan şəxs kimi təklif edib . Kreml sözçüsü bildirib ki, Lukaşenko Priqojini 20 ilə yaxındır tanıyır. “Bu, onun […]
Priqojin Putinin təslim olmaq tələbini RƏDD ETDİ
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya lideri Vladimir Putinin təslim olmaq barədə tələblərini rədd edib. Bu barədə iş adamı “Telegram” kanalında paylaşım edib. “Vətənə xəyanətlə bağlı prezident çox yanıldı, biz Vətənimizin vətənpərvərləriyik. Heç kim prezidentin, FSB-nin və ya başqasının tələbi ilə təslim olmaq fikrində deyil. Biz istəmirik ki, […]
“Rusiyada hərbi çevriliş başladı” – “Vaqner”
Rusiyada hərbi çevriliş başladı. Bu barədə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin “Telegram” kanalında qeyd olunub. Məlumata görə, hazırda “Vaqner”çilərlə Rusiya ordusu arasında toqquşmalar baş verir.