Pakistan Əfqanıstanın xahişinə əsasən “Taliban” rejimi ilə 48 saatlıq atəşkəsə razılıq verib. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. *** Pakistan Silahlı Qüvvələri “Taliban”ın son hücumlarına cavab olaraq Əfqanıstanın Qəndəhar vilayətindəki hədəflərə dəqiq zərbələr endirib. Bu barədə “Report” Pakistan KİV-inə istinadən xəbər verir. Məlumata görə, əməliyyat “Taliban” tərəfindən son […]
Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib – YENİLƏNİB
MSK-da Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. İclasda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilməsi ilə əlaqədar R.Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilib. *** Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsinə baxılacaq. Sözügedən məsələ MSK-nın bugünkü iclasının gündəliyinə daxil […]
İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib
Azərbaycanda insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliyi təsdiqləyib. Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndəriləcək. Dövlət başçısının imzaladığı müvafiq […]
Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Zelenski Odessada hərbi administrasiya yaradıb
Ukrayna Prezidenti Volodimir Zelenski Odessa şəhər hərbi administrasiyasının yaradılması haqqında əmr imzalayıb. Bu barədə Ukrayna KİV-ləri Prezidentin müvafiq fərmanına istinadən məlumat yayıb. Yeni yaradılan rayon administrasiyasına əvvəllər Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri vəzifəsində çalışmış Sergey Lısak başçılıq edəcək. Onun yerinə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbərinin birinci müavini vəzifəsində çalışmış Vladislav […]
Prezident: Azərbaycanın şəhərsalmada təcrübəsi beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır
Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində deyilir. “Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin […]
“Haber Global”: Azərbaycan Qarabağdakı yenidənqurma təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür
Türkiyənin “Haber Global” telekanalı Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumu barədə süjet hazırlayıb. Süjetdə azad olunan ərazilərdəki yenidənqurma işlərinə diqqət çəkilib. Qeyd olunub ki, bu mənada, Azərbaycan öz təcrübəsini beynəlxalq ictimaiyyətlə də bölüşür. Dövlət və özəl sektor nümayəndələri, beynəlxalq ekspertlər, memarlar, ekoloqlar və inşaat sahəsi üzrə mütəxəssislərin olduğu forumda […]
İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) iştirakçılarına müraciət ünvanlayıb.“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, müraciəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oxuyub.
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 22-ci ildönümüdür.Həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək […]
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Nazirlər Kabinetinin taksi ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə bu say həddi 25000 ədəd müəyyən edilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd edilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətə göstərmək istəyən […]