Saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barədə ibtidai istintaq tamamlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişir […]
Avropa Komissiyası: Gürcüstanın Aİ-yə daxil olması prosesi dayanıb
Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi faktiki olaraq dayanıb. Bu barədə Avropa Komissiyasının press-relizində bildirilib. Avropa Komissiyası Gürcüstan hökumətini siyasi kursunu dəyişməyə və Aİ-yə qoşulma yoluna dönməyə çağırıb. “Avropa Komissiyası Gürcüstanı yalnız nominal olaraq üzv ölkə hesab edir. 2024-cü ildən ölkədə vəziyyət kəskin şəkildə pisləşib, qanunun aliliyinin sürətlə sarsılması […]
Payız tətilindən sonra məktəblərdə ilk dərs gününün vaxtı açıqlanıb
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü 11 noyabrdır. Beşgünlük iş […]
Prezidentin dövlət dili ilə bağlı çağırışı: onu qorumasaq, milli kimliyimiz sarsılar – ŞƏRH
“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır”. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında çıxışı zamanı belə söyləyib. Prezident bildirib ki, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. O, 10 il əvvəl də bu […]
İran səfiri: Sərhəddə gələn aylarda yeni keçid məntəqəsi açılacaq
“>https://azadmedia.az/uploads/posts/2025-11/1762253265_tignlnat5ekqidkkzp7oma1beipi7lqmtukfsa.png[/img][/center] Azərbaycan-İran sərhədində gələn aylarda yeni keçid məntəqəsi açılacaq. Bunu “Report”un yerli bürosuna açıqlamasında Naxçıvanda səfərdə olan İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib. O qeyd edib ki, hazırda İran və Azərbaycan arasında dörd keçid məntəqəsi – Astara, Biləsuvar, Culfa və Şahtaxtı-Poldəşt fəaliyyət göstərir: “Gələn aylarda isə daha bir keçid məntəqəsi […]
Maştağa və Albalılıqda işıq olmayacaq
Bu gün Bakının Sabunçu rayonunun bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Azərişıq ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 4-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq 497 saylı yarımstansiyada yenidənqurma və təmir-təftiş […]
Paşinyan iki qüvvəni zəiflədir – II Qareginin yaya çıxması çətinləşir – ŞƏRH
Ötən gün ümumerməni katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və onun oğlu Ambartsum Nersisyan həbs olunub. Onların vəkili Ara Zoqrabyan sosial şəbəkədəki səhifəsində bildirib ki, 68 yaşlı ata Nersisyan və oğlu xuliqanlıq və təşviqat kampaniyasına maneə törətməkdə ittiham edilirlər. Məlumata görə, ata və oğul barəsində şikayət ərizəsini qərbpərəst Respublika Partiyasının […]
Dörd milyonluq dələduzluqda ittiham olunan Nizami Alışana hökm oxunub
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən son söz deyib. O, media nümayəndələrinə […]
Prezident: Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır
Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı deyib. “Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox genişmiqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il […]
Sabah Bakıya leysan yağış yağacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın rayonlarında noyabrın 4-dən 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.