DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

Bakıda, eləcə də respublikanın bir sıra bölgələrində müşahidə olunan yağıntılı hava yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər. Bununla bağlı Baş Dövlət Yol Polisi (DYP) İdarəsi xəbərdarlıq yayıb. Bildirilib ki, yağıntılı hava ilə əlaqədar olaraq, DYP sürücülərə və piyadalara bir daha diqqətli […]

Harun Armağan: Türkiyə ABŞ və İran arasında mesajların ötürülməsində iştirak edir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) xarici işlər üzrə sədr müavini Harun Armağan Ankaranın, Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış etdiyini bildirib. Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Onun sözlərinə görə, Türkiyə gərginliyin azaldılmasını və birbaşa danışıqları təşviq etmək üçün İran və ABŞ arasında […]

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, hava ilə bağlı məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

İlham Əliyev açılışda iştirak etdi – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verdi. Qeyd edək ki, Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına […]

Təmir işləri apararkən cərəyanın qurbanı oldu

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. Hadisə rayonun Xaçınabad kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü İsmayıl İsmayılov elektrik xəttində təmir işləri apararkən onu cərəyan vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. İlkin ehtimallara görə, hadisəyə səbəb elektrik xəttində aparılan iş zamanı təhlükəsizlik qaydalarının pozulması və […]

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək. “Report”un əldə etdiyi məlumata görə, yük 5 vaqon təşkil edir. Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək, daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. Qeyd edək ki, sonuncu dəfə, yəni […]

İran İsrail və ABŞ bazalarına 80-ci zərbə dalğasını elan edib

İran eskalasiyanın başlamasından bəri İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına qarşı 80-ci raket zərbəsi dalğasını elan edib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib. SEPAH qeyd edib ki, əsas hədəflər İsrailin şimalında qüvvələrin toplaşma əraziləridir. Qurum iddia edib ki, bu ərazilər heç bir məhdudiyyət olmadan kütləvi raket və pilotsuz […]

“Şirvan Aqro” ölkədə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir

Şamaxı rayonunda istifadəyə verilən “Şirvan Aqro” heyvandarlıq kompleksi ölkədə alternativ və yaşıl enerjidən istifadə edən ilk belə təsərrüfatdır. “Report”un Şamaxıya ezam olunan əməkdaşının xəbərinə görə, bu barədə jurnalistlərə Prezidentin izi ilə rayona təşkil edilən mediatur çərçivəsində məlumat verilib. Bildirilib ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə […]