Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,72 ABŞ dolları və ya 2,67 % artaraq 104,4 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 101,24 ABŞ dolları təşkil edib. […]

Küveyt onlara 24 saat vaxt verdi

Küveyt iki iranlı diplomatı “persona non-qrata” elan edib və onlara 24 saat ərzində ölkəni tərk etməyi əmr edib. Bu barədə Əmirliyin Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb. Nazirlik aydınlaşdırıb ki, Küveytin xarici işlər nazirinin müavini İslam Respublikasının müvəqqəti işlər vəkilini çağırıb və ona “İrandan davam edən hücumlarla əlaqədar” rəsmi […]

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “X” hesabında məlumat verilib. “Tərəfdaşlığımızın 30 illiyini qeyd etdiyimiz vaxtda Aİ və Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini ilkin olaraq yekunlaşdırdı və yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edildi. […]

Roma Papası İlham Əliyevi təbrik edib

Roma Papası XIV Leo Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.Təbrikdə deyilir: “Zati-aliləri. Milli bayramınız münasibətilə Zati-alinizə və xalqınıza həmrəylik və firavanlıq arzularımı çatdırmaqdan məmnunam. Uca Tanrıya dua edirəm ki, azərbaycanlıları öz cəmiyyətlərini daha da inkişaf etdirməyə ruhlandırsın. Qoy, onlar ümumi rifah uğrunda çalışaraq, hər bir insanın ləyaqətini […]

Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın iyunun 4-6-da əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa – ŞƏRH

Finlandiya hərbi xərclərini artırmağı nəzərdə tutur. Parlamentin koalisiya və müxalifət nümayəndələrindən ibarət işçi qrupu müdafiə naziri Antti Hakkanenə 2030-cu ilə qədər müdafiə xərclərinin ikiqat artırılmasını tövsiyə edən hesabat təqdim edib. Bildirilib ki, bu ilin dövlət büdcəsində müdafiə xərcləri 7,7 milyard avrodur. İşçi qrupunun qənaətincə, 2029-cu ildə ölkənin müdafiə qabiliyyətinin təmin […]

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid etdiyini bildirib, lakin vəziyyətin uzana biləcəyini və Hörmüz boğazı bölgəsindəki ABŞ dəniz blokadasının daha bir neçə ay qüvvədə qalacağını istisna etməyib. O, bu barədə “The New York Post” qəzetinin “Pod Force One” proqramına müsahibəsində deyib. “O dedi ki, ABŞ dəniz […]

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

İyunun 5-i saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Həmin tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və […]