ABŞ-İran münasibətinin həlli yolları: danışıqlar, yoxsa müharibə? – ŞƏRH

“Danışıqlar ədalətli və real olacaqsa, İran ABŞ ilə dialoqa həmişə hazırdır”. Bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib.O, Tehranda CNN-ə verdiyi müsahibədə deyib ki, İslam Respublikası danışıqlara hazır olsa da, bu, ABŞ prezidentinin axtardığı dialoq deyil, Donald Tramp sadəcə “öz iradəsini başqalarına qəbul etdirmək istəyir”. Parlament sədri ötən il dekabrın […]

Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı

Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib: Ağadadaşov Sərxan Əbülfət oğlu Ağayev Şahmar Zöhrab oğlu Həsənova […]

ARKA rəhbəri: Kinomuzda sovet düşüncəsi hələ də qalmaqdadır

Dövlət kino istehsalı üçün şərait yaratmalıdır. Bunun üçün filmlərin sayını artırır və ümumilikdə ölkə üzrə bu sahədə ekosistem yanaşmasına keçid edir. Bunu Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) baş direktoru Rəşad Əzizov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib. O qeyd edib ki, […]

Mədəniyyət sahəsində yeni qanun layihələri hazırlanır – ANONS

Mədəniyyət sahələrinin inkişafı üçün yeni qanun layihələri hazırlanacaq. Bunu Milli Məclisin vitse-spikeri Rafael Hüseynov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib. “Elə bu konsepsiyanın çərçivəsində yalnız o altı dövlət proqramının hazırlanması ilə iş məhdudlaşmayacaq Mədəniyyət sahəsindəki bizim ana qanunumuz var. Oraya elə bu konsepsiya çərçivəsində mütləq əl […]

Ərdoğan Pezeşkianla bölgədəki hərbi gərginliyi müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb. Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, eləcə də bölgədə artan hərbi gərginlik müzakirə olunub. Qeyd edək ki, İran xarici işlər naziri Abbas Əraqçi bu gün İstanbula səfər edib. İranlı nazir Türkiyə XİN başçısı Hakan Fidanla görüşəcək. […]

Suriya hökuməti SDQ ilə atəşkəs və inteqrasiya barədə razılığa gəlib

Suriya hökuməti və Suriya Demokratik Qüvvələri (SDQ) hərtərəfli atəşkəs barədə razılığa gəliblər. Atəşkəsə əlavə olaraq SDQ-nin Suriya ordusuna mərhələli şəkildə inteqrasiya edilməsi də razılaşdırılıb. Məlumata görə, Suriyanın şimal hissəsində döyüş zonalarında olan SDQ hərbi qüvvələri geri çəkiləcək və Suriyanın Daxili İşlər Nazirliyinin tabeliyində olan qoşunlar SDQ-nin nəzarətində olan Haseke və […]

İran XİN rəhbəri Türkiyədə səfərdədir

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib. Əraqçini daşıyan təyyarə İstanbula enib. İran XİN rəhbəri Türkiyə rəsmiləri ilə ikitərəfli əlaqələri və regional gərginliyi müzakirə edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əraqçini qəbul edəcəyi gözlənilir.(Apa)

Növbəti dörd ildə 14 regional DOST mərkəzi istifadəyə veriləcək

Azərbaycanda 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub. Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun 2025-ci il üzrə yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, keçən il DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4,1 milyondan çox […]