Ötən il 1 milyon 280 min 787 azərbaycanlı turist xaricdə ümumilikdə 2 milyard 33 milyon 587 min manat vəsait xərcləyib. “Report”un əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 8,3 % azdır. Xərclərin əsas hissəsi nəqliyyat və yerləşmə xidmətlərinin payına düşüb. Belə ki, nəqliyyata 745 milyon 25 min manat […]
Peskov: Zelenski Putinlə danışıqlar aparmaq istəyirsə, Moskvaya gələ bilər
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq istəyirsə, Moskvaya gələ bilər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib. “Zelenski danışıqlar təklif edir. Putin deyib ki, bunlar Moskvada mümkündür. Bu bizim mövqeyimiz olaraq qalır və kifayət qədər məntiqli mövqedir”, – o vurğulayıb. Qeyd edək […]
MM-in yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib
Milli Məclisin (MM) 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib. İş planının layihəsi parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, qanunvericilik işlər planına üç yeni qanun layihəsi daxil edilib. Yaz sessiyası müddətində Dövlət Qulluğu Məcəlləsi, “Uşaq hüquqları haqqında” və 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında […]
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşkül və Ağdərədə 2-6 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır […]
Teymur Rəcəbovun Azərbaycan çempionatına qatılmamasının səbəbi müəyyənləşib
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun ölkə çempionatına qatılmamasının səbəbi müəyyənləşib. “Report”un əldə etdiyi məlumata görə, 38 yaşlı qrossmeyster özü yarışda iştirakla bağlı qeydiyyatdan keçmək istəməyib. O, turnir şahmatın klassik növündə təşkil olunduğu üçün bu addımı atıb. Son vaxtlar klassik şahmat oynamayan Rəcəbov adətən rapid və blits yarışlarında mübarizə aparır. Bundan əlavə, […]
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Milli Məclisin (MM) yaz sessiyası üzrə ilk plenar iclası başlayıb. Sessiyanı spiker Sahibə Qafarova açıq elan edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qeyd edək ki, plenar iclasın gündəliyində MM-in yaz sessiyasının qanunvericilik işləri planı, Hesablayıcı və İntizam komissiyalarının tərkibinin yenidən formalaşdırılması daxil olmaqla, ümumilikdə, 16 məsələ var.
İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Əziz gənclər! Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin […]
Cəlilabadda qardaşı uşaqlarını öldürməyə cəhddə şübhəli bilinən əmi içkili olub – TƏFƏRRÜAT – YENİLƏNİB
Cəlilabad rayonunda baş verən ağır cinayət hadisəsinin bəzi təfərrüatları məlum olub. “Report”un Muğan bürosunun məlumatına görə, kənd sakini, 49 yaşlı Əli Hüseynbala oğlu Nağıyevin qardaşının azyaşlı övladlarına – 2012-ci il təvəllüdlü Hüseyn Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Nağıyevaya hücum etdiyi bildirilir. Nəticədə hər iki yeniyetmə baş nahiyəsindən ağır bədən […]
Mehriban Əliyeva: Əminəm ki, Azərbaycan gəncləri ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: “Əminəm ki, Azərbaycan gəncləri öz uğurları, qələbə və nailiyyətləri ilə xalqımızı daim sevindirəcək və ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər”.
Prezident Gənclər Günü münasibətilə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.Paylaşımda deyilir: “Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!”