MM Azərbaycan və Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını təsdiqləyib

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq. Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə müvafiq qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunub. Qeyd edilib ki, sazişin imzalanmasında əsas məqsəd hər iki dövlət arasında avtomobil […]

Emin Əmrullayev: Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb

Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda deyib. Onun sözlərinə görə, bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi (ETN) arasında ciddi əməkdaşlıqlar başlayıb. “Mühüm məqamlardan biri də mövcud imtahan […]

Ramin Məmmədov vətəndaş qəbulu keçirəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 14-də Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Füzuli rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə Komitədən məlumat verilib. Qeyd edilib ki, qəbul saatı 11:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək. Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula […]

Azərbaycan neftinin qiyməti 4 %-ə qədər artıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,59 ABŞ dolları və ya 3,8 % artaraq 125,03 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 131,97 ABŞ dolları təşkil edib.

Azərbaycan Premyer Liqasının XXVII turu bu gün başlayır

Misli Premyer Liqasında XVII tura bu gün start veriləcək.İlk oyun günündə bir matç keçiriləcək. Çempionatın autsayderi “Karvan-Yevlax” “Kəpəz”i qəbul edəcək. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:30-da start götürəcək. Görüşün baş hakimi Nicat İsmayıllı olacaq. “Karvan-Yevlax” 8 xalla 12-ci, Gəncə təmsilçisi 21 xalla 10-cu pillədə qərarlaşıb. Xatırladaq ki, tura aprelin 12-də […]

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov […]

Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb – YENİLƏNİB

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 9-da ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Görüşdə Azərbaycan ilə Litva arasında mövcud dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı ali […]

IDF: Hizbullahla əlaqəli qrupun yüksək rütbəli komandiri məhv edilib

Hizbullahla əlaqəli Livan Müqavimət Briqadaları təşkilatının komandiri Maher Qassem Hamdan Livanın cənubunda zərərsizləşdirilib. Bu bardə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. Məlumata görə, Hamdan silahlıların cəlb olunması, silah tədarükü və Livan Müqavimət Briqadalarının maliyyələşdirilməsinə cavabdeh olub. Məlumatda, Sidon bölgəsinə qaçan 8 silahlının da zərərsizləşdirildiyi bildirilib.

Sahibə Qafarova Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçıları ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçıları ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qeyd edilib ki, görüşdə Şimali Kipr Türk Məclisinin sədri, Şimali Kipr-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq […]

Qlobal xaos fonunda Azərbaycan modeli – 44 günlük Zəfərin düsturu – ŞƏRH

Bu gün dünyanın bir sıra regionlarında baş verən hadisələr, münaqişələr, müharibələr beynəlxalq təhlükəsizliyi təhdid etməklə yanaşı, qlobal sabitliyi pozur, iqtisadiyyatları zəiflədir, dünya ticarətinə zərbə vurur.Günümüzdə dünyada baş verən bu proseslər ciddi problemlərə çevrilib və onların nəticələrinin aradan qaldırılması uzun müddət vaxt və resurs, maliyyə itkisi deməkdir. Xüsusilə artıq 4 ildir […]