Sabunçuda yol qəzası olub, ölən və yaralanan var

Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb. Hadisə zamanı sürücü dünyasını dəyişib. Avtomobildə olan sərnişin 35 yaşlı Fəridə Bədəlova xəsarət alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-leytenant N.İslamzadə “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, şəxsi heyətlə görüşüb. Azərbaycan heyətinin rəhbəri polkovnik Zaur Məmmədov təlimin gedişi və […]

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları Şuşa şəhəri ilə tanış olublar. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qonaqlar əvvəlcə Şuşa qalasının divarlarını ziyarət ediblər. Burada onlara şəhərin tarixi […]

Türküstana üz tutan Tbilisi – “şimalın soyuğundan”, “cənubun istisindən” qorunan Gürcüstan – ŞƏRH

Gürcüstan Mərkəzi Asiya (Türküstan) ölkələri ilə əlaqələri gücləndirir. İyulun 2-3-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Tbilisiyə ilk dəfə ikigünlük dövlət səfəri edəcək.Özbəkistan lideri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze ilə danışıqlar aparacaq, ticarət və investisiyalara dair müzakirələr olacaq, biznes-forum keçiriləcək, iki ölkə arasında bir sıra sənədlər imzalanacaq. Özbəkistan Türküstanın […]

“Al Hadath”: İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq

İran və ABŞ nümayəndə heyətlərinin dolayı danışıqlarının növbəti raundu iyulun 18-də başlayacaq. Bu barədə “Al Hadath” telekanalına mənbəyə istinadən məlumat verilib. Bildirilib ki, İran-ABŞ danışıqlarının növbəti mərhələsi dolayı formatda keçiriləcək. Bununla yanaşı, Tehran və Vaşinqton nümayəndələrinin görüşünün keçiriləcəyi yer hələlik açıqlanmır. Qeyd edək ki, iyulun 2-də Qətər və Pakistandan olan […]

Xalqa və dövlətə xidmət təntənəsi – Azərbaycan polisi 108-ci ilini qeyd edir

Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib. Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər […]

Sabah Bakıda 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraiti yağmursuz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın […]

Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq

Sabah Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə bağlı paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun […]