Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə yekun qərarla bağlı müşavirəyə gedib – YENİLƏNİB

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə fevralın 10-da davam etdirilən məhkəmə prosesində söz müdafiə tərəfinə verilib. Müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən R.Vardanyanın son söz çıxışından sonra sədrlik […]

Gəncə şəhər İcra İdarəsinə yeni rəis təyin edilib

Gəncə şəhər İcra İdarəsinə yeni rəis təyin olunub. Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmrinə əsasən, bu vəzifəyə kiçik ədliyyə müşaviri Ülvi Etibar oğlu Ələkbərli təyin edilib. Ü.Ələkbərli Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə ədliyyə orqanlarının fəaliyyəti, məhkəmə qərarlarının icrası və vətəndaşların hüquq və qanuni maraqlarının müdafiəsindən bəhs […]

Ödənişli avtomagistrallarda maksimum sürət həddinin müəyyənləşdirilməsi I oxunuşda qəbul edilib

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Dəyişikliklə ödənişli avtomagistrallarda yol hərəkəti üçün maksimum sürət 130 km/saat müəyyən edilir. Bundan başqa, avtomagistral anlayışının çərçivəsində dəyişiklik edilir. Belə ki, bu Qanunla avtomagistral- bu qanunla müəyyən […]

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib

Milli Məclis “Uşaq hüquqları haqqında” yeni hazırlanmış qanunun layihəsini ilk oxunuşda qəbul edib. Layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Yeni hazırlanan layihə barədə məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, hazırda qüvvədə olan mövcud qanun 5 fəsil və 45 maddədən ibarət idisə, yeni […]

Fəzail Ağamalı ilə vida mərasimi keçirilir – Fotolar

Ötən gün vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçirilir. “Qafqazinfo”nun məlumatına görə, Heydər məscidində təşkil olunan mərasimdə mərhumun yaxınları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak edir. Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün Ramana qəbiristanlığına (Gülçülük sovxozu adlanan ərazidə yerləşir) aparılacaq. Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə […]

Nəriman Axundzadə ABŞ klubuna transfer olub

“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə ilə bağlı MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb. Bu barədə “Qarabağ” klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, 21 yaşlı forvardın qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə […]

Ermənistanda məhkəmə müxalif deputatın daşınmaz əmlakı və 700 min dollarını müsadirə edə bilər

Ermənistanda Antikorrupsiya Məhkəməsi “Daşnaksütyun” partiyasının ali orqanının nümayəndəsi, müxalifətdəki “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyanın mənbyi bilinməyən əmlaklarını və 700 min dollar məbləğində pul vəsaitini müsadirə edə bilər. Bu barədə Ermənistan KİV-ləri nəzarət qurumuna istinadən məlumat yayıb. Məhkəmə Baş Prokurorluğun müvafiq iddiasını icraata qəbul edib. Məlumatda qeyd olunub, 5 daşınmaz […]

Nəsimi Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyin olunan Tahir Budaqov kollektivə təqdim olunub. Təqdimatı Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib. Rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə baş tutan təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. T.Budaqov ona göstərilən etimada görə […]