Rusiya ordusu Qara dənizdə iki xarici mülki gəmiyə hücum edib, bir dənizçi ölüb, daha 5 nəfər yaralanıb. “Unian“ xəbər verir ki, bu barədə Odessa regional hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib. Onun sözlərinə görə, dünən axşam Rusiya PUA-ları Panama Və Sent-Kits və Nevis bayraqları altında limanlardan çıxan iki xarici mülki […]
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,54 ABŞ dolları və ya 3,07 % azalaraq 80,06 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 77,5 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Həftəsonu 365 nəfər imtahan verəcək
Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən […]
Trampın ad gününə hücumu planlaşdıran “Çoban” saxlanılıb
ABŞ-də 20 ildən çox yaşamış sənədsiz meksikalı miqrant, Prezident Donald Trampın ad günündə planlaşdırılan Ağ Evə qarşı hücumun əsas təşkilatçısı olub. Bu barədə ABŞ Daxili İşlər Nazirliyinin məlumatında deyilib. Qeyd olunub ki, Federal Təhqiqat Bürosunun (FTB) agentləri Abraham Hermosillo Alvaresi 14 iyunda Nebraska ştatının Omaha şəhərində həbs ediblər. Müstəntiqlərin sözlərinə […]
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib – YENİLƏNİB
İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əvvəlcə birgə foto çəkdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra “Qurani-Kərim”dən ayə oxunub. Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olunub. Dövlətimizin başçısı tədbirdə çıxış […]
Vaşinqtonla Tehranın anlaşma memorandumu – sülh, yoxsa savaş? – ŞƏRH
ABŞ və İran arasında sülh haqqında ilkin razılaşma sənədi imzalanıb. Sənədin əvvəl iyunun 19-da İsveçrənin Cenevrə şəhərində təntənəli mərasimlə reallaşdırılacağına dair xəbərlər yayıldı. Hətta, G7-nin Fransada keçirilən zirvə toplantısında qrupun üzvü olan dövlətlərin liderlərinin iştirakı ilə imzalanma tədbirinin keçirilməsi də gözlənilirdi. Ancaq bunların heç biri baş vermədi. ABŞ Prezidenti Donald […]
Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək
İyunun 22-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işinə başlayacaq. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qeyd olunub ki, 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatılacağı sessiyada “Parlament […]
Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə “Dostluq” ordenini təqdim edib. Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib. Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu […]
Sabah 38 dərəcə isti olacaq
Azərbaycanda iyunun 19-u 38 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 40-45 % […]
DİM: I və IV qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin növbəti həftə ərzində (iş günləri) elan olunması nəzərdə tutulur. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd edək ki, iyunun 7-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.