Ehsan dedikdə aş, halva, yemək yada düşür, halbuki bu yanlışdır. Bu fikirləri ilahiyyatçı Tural İrfan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib. O bildirib ki, əslində, ehsan yaxşılıq deməkdir. “İnsanın yaxını vəfat edir, meyit qalır bir qıraqda, gedib […]
Hərbi Dəniz Qüvvələrində gəmi döyüş təlimləri keçirilib
Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) “Gəminin sualtı təxribat əleyhinə müdafiəsinin təşkili” və “Gəminin dayanacaqda davamlılıq uğrunda mübarizəsinin təşkili” mövzularında təlimlər keçirilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimlərin məqsədi şəxsi heyətə gəminin sualtı diversiya əleyhinə müdafiəsinin düzgün təşkili yollarını öyrətmək, eləcə də gəminin dayanacaqda baş […]
Bakıda yük maşını körpüdən aşaraq avtomobillərin üzərinə düşüb
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Biləcəri dairəsində qeydə alınıb. Belə ki, körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirərək aşağıdakı avtomobillərin üzərinə düşüb. Nəticədə bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb, xəsarət alanlar var.
BDYPİ hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib. BDYPİ-dən verilən məlumata görə, magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir. Qeyd olunub ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki […]
Zelenski Slovakiyanın Baş naziri ilə görüşünü məzmunlu adlandırıb
Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşünün məzmunlu olduğunu bildirib. Bu barədə “Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir. “Bu səfərə görə təşəkkür edirəm. Bizim məzmunlu söhbətimiz oldu. Bu dialoqu davam etdirəcəyik”, – V.Zelenski bildirib. O həmçinin qeyd edib ki, Slovakiyanın Baş nazirini ABŞ Prezidenti Donald Trampla […]
Astarada kütləvi zəhərlənmə olub, 15 nəfər xəstəxanaya yerləşdirilib, 2-nin vəziyyəti ağırdır – YENİLƏNİB
Sentyabrın 5-i saat 11:00-da müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə, 15 nəfər (9-u qadın, 6-sı kişi) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib. Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti […]
Ermənistanın xarici siyasət manevri – Çin və Rusiyaya meylin arxasında nə dayanır? – ŞƏRH
Uzun müddətdir xarici siyasət vektorunu Qərbə tərəf aparan Ermənistan hökuməti manevr etmək qərarına gəlib. Bunu Baş nazir Nikol Paşinyanın Çində keçirilən ŞƏT sammitində iştirakı da ortaya qoyur. Xeyli vaxtdır Rusiyanın rəhbərlik etdiyi tədbirlərdən yayınan, əvəzində Qərbdə, xüsusən də Avropada keçirilən mərasimlərdə iştirak edən Paşinyan bu dəfə Pekinə səfər edərək, Rusiya […]
Paytaxtın iki ünvanında nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Bakı şəhərinin bəzi yol sahələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, sentyabrın 7-dən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində, həmçinin həmin gün saat […]
Təqsirləndirilən şəxs Ruben Vardanyanın yaratdığı və maliyyələşdirdiyi silahlı birləşməyə qoşulduğunu etiraf edib
Bakı Hərbi Məhkəməsində sentyabrın 5-də məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Balayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib. Onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1995-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada, Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi hissələrdə […]
Göygöldə avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb – SƏRƏNCAM
Prezident İlham Əliyev Göygöl rayonunun Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş […]