Energetika naziri Pərviz Şahbazov martın 2-də Salyan şəhərində vətəndaşları qəbul edəcək.

Energetika naziri Pərviz Şahbazov martın 2-də Salyan şəhərində vətəndaşları qəbul edəcək. Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: T.Xəlilbəyli küçəsi 136) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin “minenergy@minenergy.gov.az” elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), […]

A.T.Rasi-zadənin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Artur Tahir oğlu Rasi-zadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 fevral 2020-ci il.

Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək

Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib. Qeyd olunub ki, iki qardaş ölkə bu sahədə əməkdaşlığı gücləndirməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsi də aparacaqlar: “Süni intellekt, bulud texnologiyası, robot texnologiyası və nanotexnologiyalar sahəsində əməkdaşlıq daha da gücləndiriləcək”. Mənbə onu da əlavə […]

Fransa XİN rəhbəri: Energetika Fransa və Azərbaycan arasında əməkdaşlığın vacib sahəsidir (MÜSAHİBƏ)

Energetika Fransa və Azərbaycan arasında əməkdaşlığın vacib sahəsidir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Fransanın Avropa və Xarici işlər naziri Jan-İv Le Drian deyib. Nazir hesab edir ki, iki ölkə arasında ticarət potensialı hələlik tam reallaşdırılmayıb: “Biz idxal və ixrac həcmlərinin artırılması üzərində işləməliyik. 2019-cu ildə ikitərəfli ticarət dövriyyəsi 750 milyon […]

SON DƏQİQƏ: Türkiyədə dəhşətli zəlzələ – Çox sayda ölü və yaralı var (YENİLƏNDİ)

SON DƏQİQƏ: Türkiyədə dəhşətli zəlzələ – Çox sayda ölü və yaralı var Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində Türkiyə ərazisində ölən və yaralananların sayı artıb. Doğrusöztv.Az Oxu24.com -a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu və Səhiyyə naziri Fahrettin […]

Azərbaycanda minlərlə şəxsin sürücülük hüququ ləğv edildi – ŞOK SƏBƏB

Ötən il ərzində respublika ərazisində 7 mindən çox sürücünün sürücülük hüququ məhdudlaşdırılıb. Qeyd edək ki, bunlar cərimə balı 20-ni keçən və sərxoş halda avtomobil idarə edən sürücülərdir. Sərxoş vəziyyətdə avtomobili idarə etmə, avtoxuliqanlıq və digər inzibati qayda pozuntularına görə 7 mindən çox vətəndaşın sürücülük hüququ məhdudlaşdırılıb. Bu barədə məlumatı ”Xəzər […]

Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib (FOTO)

Almaniyanın paytaxtı Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, 30-a yaxın ölkədən Berlinə gələn soydaşlarımız, Azərbaycan evlərinin və “Qarabağ” Azərbaycan məktəblərinin rəhbərləri iştirak ediblər. Görüş zamanı […]

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar (FOTO)

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib. Heydər Əliyev Fondu tərəfindən hazırda Vatikanda bir neçə layihə həyata keçirilir. 2019-cu ilin […]

Papa Fransiskin Azərbaycanı əsl tolerantlıq nümunəsi adlandırması dövlət başçısının apardığı siyasətin nəticəsidir – Bəhruz Quliyev

Azərbaycanda əsrlər boyu multikultural dəyərlər, millətlərarası və dinlərarası münasibətlər sahəsində möhkəm ənənələr mövcud olub. Dövlətimizin bu istiqamətdə ardıcıl və düzgün milli siyasət yeritməsi təkcə ölkə daxilində deyil, dünya ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İtaliyada Katolik Kilsəsinin rəhbəri Papa […]

Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır

Azərbaycanda bütün sahələrdə olduğu kimi, din sahəsində də sabitlik mövcuddur. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə açıqlmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Azərbaycan dünyada tolerantlığa, multikultural dəyərlərinə görə nümunəvi bir ölkə kimi tanınır: “Fevralın 22-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban […]