Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu layihəsi üzrə ümumi icra faizi 86 % təşkil edir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində inşa olunan, uzunluğu 14,1 kilometr olan Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu I texniki dərəcəyə uyğun tikilir. Yolun torpaq […]

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Təbrikdə deyilir:“Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə sizi təbrik edir, ən xoş diləklərimi çatdırıram. Ötən müddətdə şərəfli bir inkişaf yolu keçmiş və ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə […]

“Brent”in qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb

“Brent” markalı neftin qiyməti 27 fevral 2026-cı ildən bəri ilk dəfə olaraq bir barel üçün 71 dollardan aşağı düşüb. Bu barədə Londonun ICE birjasının hərrac məlumatlarında deyilir. Bakı vaxtı ilə saat 04:04-ə olan vəziyyətə görə, “Brent” nefti üzrə sentyabr fyuçerslərinin qiyməti 0,94% azalaraq bir barel üçün 70,90 dollar təşkil edib. […]

İstiqlalın polad dayağı olan Azərbaycan polisi – 108 yaşında

Ərəfəsində olduğumuz dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü həm də keçilən dövlətçilik yolunun hesabatını, təhlilini zəruri edir. Yəqin ki, bu kontekstdə böyük müzakirələrə, araşdırmalara lüzum da yoxdur. Əsas nəticə məlumdur: Tarixin ən qüdrətli Azərbaycanının yaradılması və Azərbaycanın ərazi bütövlüyünün təmini. Xalqımızın əsrlər boyu əsas amalı, hədəfi olan bu prioritetlər məhz son […]

Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycana işgüzar səfərə gəlib. Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni hava limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə […]

DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində növbəti oyunlar keçiriləcək. Atlanta stadionunda İngiltərə yığması Konqo DR millisi ilə üz-üzə gələcək. Həmçinin Belçika Seneqalla, ABŞ isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. DÇ-2026 1/16 final 1 iyul 20:00. İngiltərə – Konqo DR Baş hakim: […]

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleklə görüşüb. Bu barədə Baş Prokurorluğundan məlumat verilib. Bildirilib ki, dövlətlər arasında formalaşmış yüksək səviyyəli münasibətlər hüquq sahəsində də səmərəli əməkdaşlığın genişlənməsinə, o cümlədən prokurorluq, ədliyyə və digər hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, hüquqi […]

Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib

Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr olunmuş “Onlardan biri: Emil” adlı anım tədbiri keçirilib. Tədbir Şəki Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, “Ürəkdən Qana” layihəsinin rəhbəri Ayşən Abdullayevanın təşəbbüsü və layihənin ümumi rəhbəri Elvin Nüsrətoğlunun rəhbərliyi ilə təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla […]

Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb – ƏLAVƏ OLUNUB

Çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. Bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Belə ki, müsabiqədə 16 ictimai-siyasi qəzet qalib olub. Bundan başqa, MEDİA onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb. Müsabiqədə 34 ictimai-siyasi, 5 idman məzmunlu sayt qalib olub. Çap və […]

Sabah 35 dərəcə isti olacaq

Azərbaycanda iyulun 2-də 35 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa […]