Bazar günü yağış yağacaq – PROQNOZ

Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° […]

Nazir Brilliant Dadaşovanın ərini işdən çıxardı

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub. Bununla bağlı mədəniyyət naziri Adil Kərimli Əmr imzalayıb. Nazirin digər Əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi. Xatırladaq ki, Ədalət […]

İranda yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var

İranın Qum şəhərində yaşayış binasında partlayış baş verib. Bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Rza Bəhrami bildirib. Partlayış binada qaz sızması nəticəsində baş verib və binanın bir hissəsi çöküb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb – VİDEO

[center][img]https://azadmedia.az/uploads/posts/2026-02/1771053021_699017afce4af69901-v.jpg[/img][/center]Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Göygöl şəhəri, Azay Kazımov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Əliyev Nizami […]

Yol polisi sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) şənbə və bazar günləri şəhərlərarası yollarda nəqliyyat axınını nəzərə alaraq sürücülərə səfər öncəsi təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edib. Bu barədə BDYPİ məlumat yayıb. Qeyd olunub ki, yola düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamaq vacibdir. Əyləc sistemi, sükan idarəetməsi, təkərlərin vəziyyəti və işıqlandırma […]

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,46 ABŞ dolları və ya 0,65 % azalaraq 69,57 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 70,33 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin səfəri çox mühüm bir səfər idi. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib. “Birləşmiş Ştatların Vitse-prezidentinin səfəri özlüyündə istənilən ölkə üçün əhəmiyyətlidir. Hazırkı vəziyyətdə bu, Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə əlamətdar oldu. […]

Prezident İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb. Söhbət zamanı Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya rəsmi səfəri məmnunluqla xatırlanaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi vurğulandı. Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin […]

Həbsxanalar üçün 6.5 milyon manat ayrıldı

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təchizat İdarəsi qurumun tabeliyindəki müəssisələrin təminatını gücləndirmək məqsədilə iri həcmli satınalma elan edib. Müsabiqə çərçivəsində müxtəlif növ yumşaq inventarların satın alınması nəzərdə tutulur. Layihənin ehtimal olunan qiyməti 6.499.086,00 azn (altı milyon dörd yüz doxsan doqquz min səksən altı manat) təşkil edir.