Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçiriləcək. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat Qülləsinin qarşısında təşkil olunacaq. Tanınmış müğənnilərin və yaradıcı kollektivlərin […]
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib
Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat Mərkəzin saytı vasitəsilə 11-14 iyunda aparılacaq. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahan qrafikinə əsasən əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə […]
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,72 ABŞ dolları və ya 2,67 % artaraq 104,4 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 101,24 ABŞ dolları təşkil edib. […]
Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ baş verib
Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 06:30-da qeydə alınan zəlzələnin maqnitudası 3,9 olub. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
Küveyt onlara 24 saat vaxt verdi
Küveyt iki iranlı diplomatı “persona non-qrata” elan edib və onlara 24 saat ərzində ölkəni tərk etməyi əmr edib. Bu barədə Əmirliyin Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb. Nazirlik aydınlaşdırıb ki, Küveytin xarici işlər nazirinin müavini İslam Respublikasının müvəqqəti işlər vəkilini çağırıb və ona “İrandan davam edən hücumlarla əlaqədar” rəsmi […]
Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “X” hesabında məlumat verilib. “Tərəfdaşlığımızın 30 illiyini qeyd etdiyimiz vaxtda Aİ və Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini ilkin olaraq yekunlaşdırdı və yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edildi. […]
Roma Papası İlham Əliyevi təbrik edib
Roma Papası XIV Leo Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.Təbrikdə deyilir: “Zati-aliləri. Milli bayramınız münasibətilə Zati-alinizə və xalqınıza həmrəylik və firavanlıq arzularımı çatdırmaqdan məmnunam. Uca Tanrıya dua edirəm ki, azərbaycanlıları öz cəmiyyətlərini daha da inkişaf etdirməyə ruhlandırsın. Qoy, onlar ümumi rifah uğrunda çalışaraq, hər bir insanın ləyaqətini […]
Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
Azərbaycanın iyunun 4-6-da əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa – ŞƏRH
Finlandiya hərbi xərclərini artırmağı nəzərdə tutur. Parlamentin koalisiya və müxalifət nümayəndələrindən ibarət işçi qrupu müdafiə naziri Antti Hakkanenə 2030-cu ilə qədər müdafiə xərclərinin ikiqat artırılmasını tövsiyə edən hesabat təqdim edib. Bildirilib ki, bu ilin dövlət büdcəsində müdafiə xərcləri 7,7 milyard avrodur. İşçi qrupunun qənaətincə, 2029-cu ildə ölkənin müdafiə qabiliyyətinin təmin […]
Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək
Mədəniyyət naziri Adil Kərimli Şuşada vətəndaşları qəbul edəcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul iyunun 19-da həyata keçiriləcək. Qəbulun məkanı və saatı barədə əlavə məlumat veriləcək.