Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan […]
“Sənəd demək olar ki, hazırdır” – Rusiya üçtərəfli görüşdən danışdı
Rusiya baş nazirinin müavini Aleksey Overçuk regional münasibətlərin blokadadan çıxarılması üzrə komissiyanın üçtərəfli iclasının nəticələrini şərh edib. Dogrusoztv.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqlar 9 saat davam edib. “Mətn hazırlığın son mərhələsindədir. Sənəd demək olar ki, hazırdır. Lakin […]
Ərdoğan bu tarixdə Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin dəqiq tarixi məlum olub. Bu barədə Yeni Şafak qəzeti məlumat yayıb. Məlumata görə, iyunun 12-də o, Şimali Kipr Türk Respublikasına, növbəti gün isə Azərbaycana səfər edəcək: “Türkiyə lideri iyunun 13-də qardaş Azərbaycanda olacaq. Səfər zamanı bu ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşlər nəzərdə […]
Parlament gömrüklə bağlı bu Sazişi təsdiqlədi
Milli Məclisin bu gün keçirilən “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanunun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Azərbaycanda dəhşətli qəza: Maşını arxaya verərkən azyaşlının üzərindən keçib öldürdü – YENİLƏNİB
Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayon Qobu qəsəbəsində 3 yaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Q.Mahmudovun idarə etdiyi “Honda” markalı 90-CZ-552 dövlət nömrə nişanlı avtomobil arxaya doğru hərəkət edərkən 3 yaşlı uşağın […]
“SOCAR PETROLEUM”un baza direktorunun cinayət işi: 274 min manatlıq mənimsəmə…
“SOCAR PETROLEUM” QSC-yə məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, istintaqla Bayram Bağırovun həmin vəzifədə işləyərkən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan […]
“Xersonda 5 mindən çox sakin təxliyə edilib” – Rusiya FHN
Xerson vilayətinin su basmış ərazilərindən 5 mindən çox sakin təxliyə edilib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, xilasedicilər 154-ü uşaq olmaqla, 1 534 nəfəri qayıqlarla bölgədən çıxarıb. Ümumilikdə, 5 133 nəfər, o cümlədən 178 uşaq və 66 hərəkət məhdudiyyətli şəxs təxliyə edilib. Bundan əvvəl Rusiya prezidenti […]
DYP-dən beynəlxalq velosiped turniri ilə əlaqədar sürücülərə MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib. İdarədən daxil olan müraciətdə deyilir: “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin növbəti mərhələsinə bu gün Qəbələ rayonundan start veriləcək. Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın üçüncü mərhələsində velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və […]
Bakıda ana və iki azyaşlı uşağı itkin düşüb
Bakıda ana və iki azyaşlı uşağı itkin düşüb. Sabunçu rayonu, Südçülük sovxozu ərazisində yaşayan Gülğəz Novruzova, azyaşlı övladları Murad və Muraz Novruzovlar ilə iyunun 3-də yaşadıqları evdən çıxıb və geri qayıtmayıblar. Araşdırma aparılır. Milli.Az
Türkiyəli deputat oğlu ilə avtomobil qəzasına düşdü
Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Bahadır Yenişehirlioğlu avtomobil qəzasına düşüb. Dogrusoztv.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində o və oğlu yaralanıb. Bildirilib ki, onlar xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, son parlament seçkilərində B. Yenişehirlioğlu Manisa şəhərindən millət vəkili seçilib.