“Mən əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini vurğuladım. Avropa İttifaqı dəstəyini gücləndirməyə hazırdır”.Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.“Biz yaxın təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”-deyə, o bildirib.
“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi “Böyük görüş ” adlı tədbir keçirib
Tədbirdə Şəhid ailələri və Vətən Müharibəsinin Əlilləri, Aprel döyüşlərinin qəhrəmanları, birinci Qarabağ münaqişəsinin iştirakçıları,Millət vəkilləri, QHT və KİV rəhbərləri, “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyinin idarə heyəti və fəal üzvüləri iştirak edərək çıxış ediblər.Birliyin sədri Yasəmən Qəyyumlu tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, təşkilat olaraq […]
Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatları Bakıda – VİDEO
Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib. Bu barədə Türkiyənin “Baykar” şirkətinin “Twitter“ hesabında məlumat yayılıb. Təxminən 2000 kilometr məsafə qət edən “Akıncı”lar üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib. Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı mayın 26-dan 29-a qədər keçiriləcək.
Mövqelərimiz atəşə tutuldu
Mayın 21-i saat 16:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan istifadə edərək atəşə tutub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilir ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat […]
Şoyqunun müavininin qardaşı oğlu Ukraynada öldürüldü
Ukraynada Rusiya müdafiə nazirinin müavini, hava desant-hücum şirkətinin komandirinin Ukraynaya qarşı döyüşən qardaşı oğlu Adam Xamxoyev öldürülübOnun ölümü barədə “The Magas Times” İnquşetiyanın “zabit korpusu”na istinadən məlumat yayıb. Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri təıərfindən öldürülən şəxs Rusiya müdafiə nazirinin müavini, İnquşetiyanın keçmiş rəhbəri Yunus-Bek Yevkurovun qardaşı oğludur.
İlham Əliyevə təbriklər gəlməkdə davam edir – YENİLƏNİB
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.Təbrikdə deyilir:Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və tərəqqi arzu edirik.Zati-alinizə hörmət […]
Portuqaliya Ukraynaya maliyyə yardımı göstərəcək
Portuqaliya Ukraynaya maliyyə yardımı göstərəcək. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Portuqaliyanın baş naziri Antonio Kosta ilə birgə keçirdiyi brifinqdə bildirib.Ukrayna liderinin sözlərinə görə, bu, Portuqaliyanın Baş nazirinin müstəqillik əldə etdikdən sonra Ukraynaya ilk səfəridir. OZelenski Kosta ilə danışıqların kifayət qədər səmərəli keçdiyini vurğulayıb.“Ölkəmizə maliyyə yardımı göstərməyə hazırlığı yüksək qiymətləndirirəm. […]
“İsrailin gələcəyi təhlükə altındadır” – Naftali Bennett
“İsrailin gələcəyi təhlükə altındadır”. Bunu İsrailin baş naziri Naftali Bennett “Twitter” hesabındakı paylaşımında deyib. “Xilasetmə hökumətinin formalaşdırılması məsuliyyətini öz üzərimə götürmək mənim üçün çətin seçim idi, lakin ölkənin gələcəyi təhlükə altındadır və biz xalqımızın birliyini qorumaq üçün mübarizə aparmalıyıq. Bizim başqa dövlətimiz yoxdur”, – deyə o, paylaşımında bildirib. Mövcud hökumətin […]
Azərbaycanın xarici borcu azalıb
2021-ci il 31 dekabr tarixinə birbaşa xarici dövlət borcu 7393,4 milyon ABŞ dolları (ÜDM-in 13,5 faizi), dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 742,3 milyon ABŞ dolları (ÜDM-in 1,4 faizi) olmaqla, xarici dövlət borcu 8135,7 milyon ABŞ dolları və ya 2021-ci il üzrə ÜDM-in […]
Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?
2021-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,8 faizi həcmində və ya 4885,5 milyon manat məbləğində vəsait yönəldilib.Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.Hesabatda qeyd edilir ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət […]