“Türkiyə və Azərbaycan sülhsevər mövqelərini Ermənistana çatdırırlar. İki ölkə Ermənistanla münasibətləri normallaşdırmağa və sinxron şəkildə sərhədlərini açmağa hazırdır. Ancaq Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”. “Report”un xəbərinə görə, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Azərbaycan mübarizəsini davam etdirəcək, qardaş Türkiyə […]
Nikola yeni “kart-blanş”, Bakıdan sərt mesaj – NƏ BAŞ VERİR?
Ermənistanda radikal-revanşist müxalifətin hakimiyyəti zorla ələ keçirmək üçün başlatdığı etiraz aksiyaları iki aya yaxın davam eləsə də, hədəfinə çatmadı. Geniş ictimai dəstəyə nail ola bilməyən “çadır müxalifəti”, nəhayət, İrəvanın mərkəzindəki çadırları necə qurmuşdusa, öz əli ilə də sökməli oldu. “Satqın Nikol Paşinyana” qarşı az qala bütün maddi və qeyri-maddi resurslarını, […]
Manatın ağlamalı günləri qabaqdadır, yoxsa?.. – Bəs bahalaşan neftimiz NƏ İŞƏ YARAYIR?
ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini 75 faiz bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu, 1994-cü ildən bəri ən sürətli faiz artımıdır. FED-dən verilən açıqlamaya görə, faizin artırılması qərarına 1-ə qarşı 10 nəfər səs verib – “Kanzas Siti Fed”in sədri Ester Corc 50 faiz bənd artırılmasına səs verib. FED rəhbəri […]
“Coca-Cola” rəsmi olaraq Rusiyada satışı dayandırdığını AÇIQLADI
ABŞ-ın “Coca-Cola” şirkəti Rusiyada içkilərin, eləcə də şirkətin digər məhsullarının istehsalını və satışını dayandıracağını açıqlayıb. Bu barədə şirkətin məlumatında deyilir. “Hazırda təmsilçinin Rusiyadakı bütün müştəriləri içki ehtiyatlarını bitirmək prosesindədir. Şirkətin ehtiyatları tükənəndən sonra “Coca-Cola” Rusiya Federasiyasında “Coca-Cola” içkisinin eləcə də şirkətin digər məhsullarının istehsalını və satışını tamamilə dayandıracaq”, – şirkətin […]
Baş nazir ÜST-ün Baş direktoru ilə GÖRÜŞÜB
Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla görüşüb. Nazirlər Kabinetindən “Unikal”-a verilən xəbərə görə, görüşdə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, Forumun dünya miqyasında aktual məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrildiyi bildirilib.Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında səmərəli əməkdaşlığın olduğu məmnunluqla qeyd edilib. Görüşdə Azərbaycanda səhiyyə […]
“Publisistika və Köşə Yazarlığı” mövzusunda seminar keçirilib
İyunun 16-da Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Publisistika və Köşə Yazarlığı” mövzusunda seminar keçirilib. 20-dən çox çap və onlayn media subyektinin nümayəndələrinin iştirak etdiyi seminarda MEDİA Agentliyi, Bakı Dövlət Universiteti və ADA Universitetinin mütəxəssisləri “Azərbaycan ədəbi dilinin publisistik üslubu. Bədii […]
DİM üzr istəmişdi, imtahanda yenə problem oldu
Dövlət İmtahan Mərkəzi tərəfindən doktoranturaya və dissertantura səviyyəsində ingilis dili üzrə qəbul imtahanında ardıcıl ikinci dəfə problem yaranıb. Bu iddia ilə “Qafqazinfo”ya doktorantlar müraciət ediblər. İyunun 12-də keçirilən imtahanda dinləmə bloku üzrə qurğuda yaranan problem səbəbindən imtahan verə bilməyən şəxslər bu gün növbəti dəfə oxşar hadisə ilə üzləşiblər: “Bu gün “speaking” – […]
Onlar “Tərəqqi” medalına layiq görüldü
Prezident İlham Əliyev səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Abdulkərimov Vüqar Rəsul oğlu Abdurahmanov Mehrab Nəhməd oğlu Ağayev Səyavuş Əhliman oğlu Camalov Ağaseyid Səbhan oğlu Əliyeva Nailə Həsən qızı Əliyeva Sevil Məmmədqulu qızı […]
Prezident onlara fəxri adlar verdi – SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar həkim” Əsgərov Sahib Abbasəli oğlu Xəlilov Zaur Bəhmən oğlu İsayev Elçin Həmid oğlu Qədirova Nuriyə Baba qızı Nəbiyeva Mahirə Əmir […]
Bakıda biznesmen həbsxanada ÖLDÜ
Bakıda həbsxanada məhkum ölüb. Hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən Elmas Hüseyn oğlu Osmanov xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, E.Osmanov ehtiyat hissələrinin biznesi ilə məşğul olub. O, 2012-ci ildə dələduzluqda ittiham olunaraq həbs edilib.(lent.az)