Azərbaycan xariic işlər naziri Ceyhun Bayramov və İsrail XİN rəhbəri Eli Koen arasında görüşü başlayıb. Bu barədə E.Koen tvitterdə paylaşım edib. “30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, – deyə paylaşımda bildirilib. Qeyd edək ki, 28 mart 2023-cü il tarixində […]
Sabirabadda 8 yaşlı uşağın meyiti TAPILDI
Martın 28-də Sabirabad rayonu Məmişlər kənd sakini 2015-ci il təvəllüdlü Siyasət Cəfərovun yaşadığı evin qarşısında meyiti aşkar edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Bu gün İsraildə Azərbaycan səfirliyinin açılışı olacaq
Bu gün Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olacaq. Açılış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin bir qrup deputatı və digər şəxslər iştirak edəcək. Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Daha sonra […]
Xankəndi-Laçın yolunda ekofəalların aksiyası 108 gündür davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 108 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri […]
Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk AÇIQLAMA
Martın 28-də terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlama verib. O, Haqqın.az saytına açıqlamasında bunları deyib: “Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının ön şüşəsi silkələndi. Çiynimdə dəhşətli ağrı hiss edirdim. […]
GÜNÜN QOROSKOPU: Yaxınlarınız sizi xoş xəbərlə sevindirəcəklər
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.Qoç – qadınların rəhbərliyi altında işləyən Qoçlar çox əziyyət çəkəcəklər. Pul almağınız mümkündür. Onu əsasən ailə ehtiyaclarına və yaxınlarınızdan birinin arzularının gerçəkləşdirilməsinə sərf edəcəksiniz. Planlaşdırmadığınız səfərə gedə bilərsiniz, o, uğurlu alınacaq. Buğa – gərgin və narahatlıq dolu […]
Azərbaycanda mobil operatorların milyonluq gəliri
Azərbaycanda mobil telefon rabitəsi operatorlarının gəlirləri 173 milyon manatı ötüb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 20,7 faiz artaraq 459,3 milyon manat təşkil edib.Bu dəyərin 71,2 […]
DTX Fazil Mustafa ilə bağlı məlumat yaydı – Terror aktıdır
“28 mart 2023-cü il tarixdə saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib”. Bu haqda Dövlət Təhlükəsizlik Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, […]
Deputat Fazil Mustafa güllələndi
Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. Dogrusoztv.az musavat.com-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F. Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi […]
“Biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq” – Prezident
Kəlbəcər-Laçın yolu yenidən qurulur və bölgədə bir çox tunellər inşa ediləcək. Bu barədə Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib. Dövlətimizin başçısı deyib: “Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir […]