Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, 72 yaşlı G.Məmmədova 1999-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.
İlham Əliyev onları təltif etdi – Siyahı
Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir sıra əməkdaşları təltif edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşları təltif ediliblər: “Şərəf” ordeni ilə Məmmədova Gülçöhrə Hüseyn qızı. […]
Yol polisi sürücülərə və piyadalara müraciət etdi
Piyadavurma hadisələri yol qəzası olmaqla yanaşı, həm də ailələrin taleyinə dəyən zərbədir. Təəssüf ki, bir anlıq diqqətsizlik, tələskənlik və ya məsuliyyətsiz qərar bəzən geridönüşü olmayan nəticələrə səbəb olur. Yollarda ən müdafiəsiz hərəkət iştirakçısı piyadadır. Onların təhlükəsizliyi isə sürücü intizamından bilavasitə asılıdır. Piyada keçidinə yaxınlaşarkən azaldılmayan sürət, vaxtında verilməyən reaksiya bir […]
Təhsilin İnkişafı Fonduna yeni direktor təyin edildi
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna direktor təyin edilib. Bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını, 1999-cu ildə isə BDU-nun (Azərbaycanda siyasi proseslər ixtisası üzrə) magistraturasını fərqlənmə diplomu ilə […]
Pezeşkian müsəlmanları birləşməyə ÇAĞIRDI
İran Prezidenti Məsud Pezeşkian müsəlman xalqlarının birləşməli olduğunu vurğulayıb. Pezeşkian bu haqda Tehranda keçirilən mərasimdə bildirib. “Müsəlman xalqları birləşməlidir ki, düşmənlər müsəlman ümməti arasında nifaq sala bilməsinlər”.
Yüksək Texnologiyalar Parkına direktor müavinləri təyin olundu
Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər. Bu barədə elm və təhsil naziri əmr imzalayıb. Qeyd edək ki, Abutab Abbasova ADA Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb, Qlazqo Universitetində tələbə mübadilə proqramında iştirak edib, SOAS London Universitetində isə inkişaf elmləri […]
66 yaşlı kişi yanan ocağın üzərinə yıxılaraq öldü
Naxçıvanda kişi yanan ocağın üzərinə yıxılaraq ölüb. Hadisə Naxçıvan şəhərində baş verib. Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarını yandırmaq üçün həmin ağac parçaları üzərinə benzin tökməklə yandırıb. 1 ay əvvəl ürək əməliyyatı keçirmiş […]
Türkiyədə Aleyna Tilki də daxil olmaqla məşhur şəxslər saxlanılıb
Türkiyədə aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki saxlanılıb. Bununla bağlı İstanbul Respublika Baş Prokurorluğu qərar verib. Onlar “narkotik vasitələrdən istifadə” maddəsi üzrə ittiham olunurlar. Ümumilikdə, 10 şübhəli şəxs barəsində tutulma qərarı verilib. Onlardan müğənni Yusuf Güney və aktrisa Melisa Döngel axtarılır. Ökə xaricində […]
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.95 ABŞ dolları və ya 1.52% artaraq 63.4 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 62.45 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin […]
Astarada elektrik enerjisinin verilişində fasilə yaranacaq
Bu gün Astara Elektrik Şəbəkəsinin (EŞ) 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan 35 kV-luq “Lovayın” hava xəttində təmir işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-a qədər rayonun Hamoşam, Kakalos, Qamışoba, Lovayın, Maşxan, Pensər, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud, Toradi kəndlərində, Kijəbə qəsəbəsinin bir hissəsində […]