Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi Şuşa şəhərində anılıb

31 mart – Azərbaycanlıların Soyqırımı Günü il əlaqədar Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə anım mərasimi keçirilib. Doğrusöztv.Az-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə soyqırımı qurbanlarının xatirəsi anılıb, ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata […]

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihəyə start verilir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihəyə start verilir. IDEA İctimai Birliyindən  bildirilib ki, ölkə miqyasında nəzərdə tutulan fəaliyyət proqramı üzrə Ermənistanın 30 illik işğalı nəticəsində təbiətimizə vurulan ziyan araşdırılacaq, ərazilərin bərpası […]

Ceyhun Bayramov Əfqanıstan Prezidenti ilə görüşdü

Bu gün Düşənbə şəhərində keçirilən “Asiyanın ürəyi – İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşüb. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Doğrusöztv.Az-a verilən xəbərə görə, Əfqanıstan İslam Respublikasının Prezidenti Azərbaycanı böyük Qələbə münasibətilə təbrik edərək, […]

“Məqsədimiz aparıcı dövlətlər sırasında yer tutmaqdır” – Nazir

Azərbaycan Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşulub. Unikal.org xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, məqsəd Dördüncü Sənaye İnqilabı tərəfindən təklif olunan imkanlardan maksimum faydalanmaq, eləcə də bu sahənin aparıcı dövlətləri sırasında yer tutmaqdır.

Vaksin vurdursan belə, COVİD-19 virusunu daşıya bilərsən – Adil Allahverdiyev

Vaksin vurdursan belə, COVİD-19 virusunu daşıya bilərsən, belə şəxslər özləri üçün təhlükə yaratmasalar belə, ətrafdakılar üçün təhlükə yarada bilərlər. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib. Onun sözlərinə görə, vaksin vurdurub-vurdurmamasından, xəstəlik keçirib-keçirməməsindən asılı olmayaraq, tibbi maskadan istifadə edilməldiir […]

Azərbaycanda siyasi partiyaların çoxu maliyyə hesabatını təqdim etməyib

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların çoxu maliyyə hesabatını təqdim etməyib. Doğrusöztv.Az-ın məlumatına görə, aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatsa da dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 7-si illik maliyyə hesabatını MSK-ya təqdim edib. Qeyd edək […]

Dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar. Doğrusöztv.Az-ın məlumatına görə, müraciətdə deyilir: Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının iradəsini ifadə edərək, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində müraciətimizi dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq. […]

Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlanıb

Azərbaycanda Ramazan ayının başlanma tarixi açıqlanıb. Doğrusöztv.Az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Azərbaycanda Ramazan ayının ilk günü aprelin 13-ə düşəcək. Qeyd olunub ki, Azərbaycan Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, Ramazan ayının ilk günü aprelin 13-nə təsadüf edəcək. QMİ-dən əlavə olunub ki, bəzi ölkələrdə Ramazan ayı aprelin 14-də, […]

Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində C.Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri şəhid kiçik çavuş (MAHHXHQ) İsmayılov Sərdar Sərvər oğlunun, şəhid əsgər Babayev Əmirxan Mirilham oğlunun və şəhid əsgər (MAHHXHQ) Orucov Coşqun Oruc oğlunun ailələrini ziyarət edərək şəhidlərin təsvirləri toxunmuş xalçaları ailələrinə təhvil vermiş, ailələrə təşkilat tərəfindən bayram sovqatı təqdim etmiş və onların […]