Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib

Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti verilib. Apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə ilkin baxış iclası iyunun 11-nə təyin olunub. Qeyd edək ki, Bakı Ağır Cinayətlər […]

MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilməsi təklif edilib. Dəyişiklik layihəsi Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb. […]

General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir

Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) gündən-günə güclənir. Bunu general-mayor Namiq Bayramov HHQ-nin Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimində deyib. Məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edən general-mayor Namiq Bayramov onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Bu cür kursların Azərbaycan Ordusunun döyüş qüdrətinin artırılması və peşəkar […]

Bakıda yük maşını piyadanı vurub

Bakıda “KamAz” piyadanı vuraraq öldürüb. Hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Sahil Abbasov idarə “KamAz” markalı yük maşını ilə yolu keçən piyada Nurlan Əhmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Bakının iki rayonunda işıq olmayacaq

Bu gün paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Parlament prospekti, Mikayıl Müşviq, Kazım Kazımzadə, İsmayıl […]

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Heydər Əliyev […]

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk […]

Binədə mağaza yanıb

Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə […]

Ermənistanda 7 iyun seçkiləri – Qərblə Rusiyanın gizli mübarizəsi – ŞƏRH

İyun ayının 7-si Ermənistanda keçiriləcək parlament seçkiləri ölkə tarixinin ən qalmaqallı və vacib seçkisi sayılır. Uzun müddətdir müxalifətlə iqtidar arasında gedən mübarizə bazar günü sandıq başında ölüm-dirim mübarizəsinə çevriləcək. Parlamentdə 101 yer uğrunda gedən mübarizə əslində siyasi rəqabət olmaqdan çıxıb. Çünki seçkilər ölkənin həm daxili siyasi gələcəyi, həm də regiondakı […]

Qazıntı işləri zamanı xətt qırıldı – Ərazi qazsız qaldı

Bu gün saat 10:00 radələrində Lənkəran rayonunun Liman şəhəri, M. İbayev küçəsində aparılan qazıntı işləri zamanı diametri 225 millimetr olan orta təzyiqli yeraltı qaz kəməri zədələnib. Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, zədələnmə nəticəsində qaz sızması baş verib. Qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin […]