Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) deputatların da daxil olduğu cinayətkar qrupu ifşa edib. Bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu məlumat yayıb. İstintaq məlumatına görə, qrupun üzvləri Ukrayna Ali Radasında səsvermə üçün müntəzəm olaraq qanunsuz qazanc əldə ediblər.
Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün Yeni il şənliyi – FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il ərəfəsində Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqlar üçün Yeni il şənliyi təşkil olunub. Bayram tədbirində IDEA İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr təqdim edib, balacalarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu […]
Kurska hücum həyata keçirən “Rusiya Könüllülər Korpusu”nun lideri Ukraynada öldürülüb
Ukraynanın tərəfində Rusiyaya qarşı döyüşən “Rusiya Könüllülər Korpusu”nun lideri Denis Kapustin öldürülüb. Kapustinin Zaporojye vilayətində PUA zərbəsi nəticəsində həlak olduğu bildirilib. Qeyd edək ki, Kapustin 2023-cü ilin yazında Rusiyanın Kursk və Bryansk vilayətlərinə hücumların təşkilatçılarından biri olub. Onun barəsində Ukrayna Silahlı Qüvvələrinin tərəfinə keçmək ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb. […]
PA-nın nümayəndəsi KTN yanında İctimai Şuranın üzvləri ilə görüşüb
Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşdə nazir müavini Sarvan Cəfərov Şuranın ilk dəfə təşkil olunduğunu bildirib və Şura üzvləri haqqında məlumat verib. Görüşdə çıxış edən Şura üzvləri fikirlərini bölüşüb, […]
“Vəkil Günü” peşə bayramı münasibətilə mərasim keçirilir
Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin andiçmə və peşə fəaliyyəti dövründə fərqlənənlərin təltifolunma mərasimi keçirilir. Hər il dekabrın 28-də Azərbaycanda “Vəkil Günü” kimi qeyd edilən peşə bayramına həsr olunub. Mərasimdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, Baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Prezident […]
Vilayət Eyvazov Qubada vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2026-cı il yanvarın 6-da Quba rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək. DİN-dən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının […]
Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb. Muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Hazırda bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur. Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz […]
Biləsuvara işığın verilməsi DAYANDIRILACAQ
Bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq. Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək şəhər ərazisində və rayonun bir sıra hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra yaşayış […]
Nazir XİN-in “qara siyahı”sı ilə bağlı mövcud vəziyyətə aydınlıq gətirib
Azərbaycandan rəsmi şəkildə üzrxahlıq etməyən şəxslər “qara siyahı”dan çıxarılmır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. “Beynəlxalq praktikada da olub ki, hansısa rəsmi şəxslər qara siyahısında olduqları ölkədən üzr istəyərək bu siyahıdan çıxıblar. Azərbaycanda da bu praktika olub. Lakin son 30 ildə dövlətimizi […]
Bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.