Bakıda görünən “Aurus Senat” bu milyarderindir (Foto)

Rusiyanın yüksək vəzifəli şəxslər üçün istehsal edilən “Aurus Senat”  limuzininin nümunələrindən biri Bakı küçələrində görünüb. Unikal.org avtomobilin kimə aid olduğunu müəyyənləşdirib. Fərdi müştərilərə hələ satılmayan 90 MC 002 dövlət qeydiyyat nişanlı avtomobil Rusiyada yaşayan azərbaycanlı milyarder Rəhimov İlham Məmmədhəsən oğlunun adına rəsmiləşdirilib. Qeyd edək ki, “Aurus” Rusiyada hakimiyyətin yüksək vəzifəli şəxsləri […]

Baş Prokurorluq Şəmkirdəki bıçaqlanma ilə bağlı məlumat yaydı

Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonunda 17-18 yaşlı şəxsin bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılması barədə məlumatlar yayılıb. Belə ki, iyunun 20-də saat 2 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbə sakini 1992-ci il təvəllüdlü Səddam Həsənovun bıçaqlanması və daxilə keçən kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Xüsusi karantin günlərində “ASAN xidmət” və “ASAN Kommunal” fəaliyyət göstərəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə məhdudiyyətlər tətbiq olunacaq. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, məhdudiyyətlərin […]

“Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən müəllimlərin fəaliyyəti yoxlanılacaq

İyunun 22-dən “Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən müəllimlər üçün qiymətləndirmə imtahanı təşkil olunacaq. Doğrusöztv.Az bildirir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Qiymətləndirmə imtahanının qeyd edilən tarixdən etibarən həftə ərzində “Rəqəmsal bacarıqlar” platforması vasitəsilə onlayn formatda aparılması nəzərdə tutulub. İmtahan müəllimlərin layihə üzrə səriştə və bacarıqlarının yoxlanılması, onlar üçün keçirilən […]

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 100 mənzil verildi (FOTO)

Bu günədək 7900-dək şəhid ailəsi və müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən mənzillə təmin olunub. ƏƏSMN-dən Trend-ə bildirilib ki, nazirlik tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil təqdim edilib. Mənzillərdən 53-ü Abşeron rayonunun […]

Deputat: Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın işğalçı və terrorçu siyasətini ifşa etdi

2020-ci il iyunun 18-də Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının video konfransında Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Ermənistanın işğalçı və terrorçu siyasətini ifşa etdi. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamal Cəfərov deyib. K.Cəfərov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdi […]

Vətəndaş məktubları: Cənab Prezident, gördüyünüz işlər bir daha təsdiqləyir ki, dövlətimiz etibarlı əllərdədir

Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. Doğrusöztv.Az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir. Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindən Sevinc Alıyeva yazır: “Hörmətli cənab Prezident, bütün Azərbaycan vətəndaşları kimi, biz də ailəliklə Sizin kimi müdrik rəhbərimizin fəaliyyətini müşahidə edir və səylərinizi yüksək qiymətləndiririk. COVID-19 […]

Baş Prokurorluqda növbəti təyinatlar

Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə İbrahim Ləmbəranski Bakı şəhərinin Sabunçu, Rəşid Mahmudov Suraxanı, Elman Süleymanov Yasamal, Hidayət Nurəlibəyov Nərimanov, Həsən Hənifəyev Nəsimi rayonunun prokuroru vəzifələrinə təyin ediliblər. Doğrusöztv.Az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Taryel Ələkbərov Lənkəran, Namiq Muradov Quba, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax rayonunun prokurorları, Elşən […]

Azərbaycanın 11 rayonuna yeni prokuror təyin edilib – RƏSMİ

Prokurorluq orqanlarında yeni təyinatlar olub. Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə gənc və peşəkar kadr korpusunun komplektləşdirilməsi istiqamətində institusional islahatlar davam etdirilir. Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə İbrahim Ləmbəranski Bakı […]