Respublika Neyrocərrahiyyə xəstəxanasının baş həkimi Fərid Təqdirov istefa verib. “Unikal” xəbər verir ki, bu barədə Fərid Təqdirov özü məlumat verib. O bildirib ki, daha çox praktik cərrahiyyə ilə məşğul olmaq üçün istefa verib.
İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Karen Donfrid Şəhidlər xiyabanını ziyarət edib
ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, K.Donfrid Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib: “İnancları uğrunda canlarını fəda edən bütün insanları yad edir, münaqişə nəticəsində yaxınlarını itirən ailələlərə və dostlarını itirən insanlara başsağlığı veririk”.
Polis Bərdədə əməliyyat keçirdi – SAXLANILANLAR VAR
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən bugünlərdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsi və bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən […]
İlham Əliyev Gürcüstan Prezidenti ilə görüşdü
[center][img]http://azadmedia.az/uploads/posts/2022- İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Bakı-Quba yolu az qala kütləvi qırğın yerinə çevrilib”
[center][img]http://azadmedia.az/uploads/posts/2022-06/1655371494_neqliyyat-eksperti-ersad-huseynov-768×403.jpg[/img][/center]“Bakı-Quba yolu az qala kütləvi qırğın yerinə çevrilib. Hər gün yolun iş görülən və avtomobillərin bir hərəkət hissəsi ilə üz-üzə getdiyi sahəsində ölümlə nəticələnən hadisələr olur”.Bu fikirləri öz feysbuk hesabında yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov yazıb.O xatırladıb ki, Bakı-Quba yolu beton yolu kimi yenidən qurulduqdan qısa müddət sonra […]
“Biz bununla razılaşmayacağıq” – Prezident
Düşünürük ki, Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına, o cümlədən kommunikasiyaların açılmasına əməl edəcək. Təəssüf ki, Ermənistan kapitulyasiya aktına imza atmasına baxmayaraq, bir il yarımdan çoxdur heç nə dəyişməyib. Bu, qəbuledilməzdir. Bunu Prezident İlham Əliyev Bakıda işə başlayan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. […]
“Artıq onların pensiya vaxtıdır” – İlham Əliyev
ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb. Bunu Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Dövlətimizin başçısı qeyd edib ki, xüsusilə […]
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Dogrusoztv.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis baş leytenantı Kamil Abdullayev Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı vəzifəsindən azad olunaraq həmin Baş İdarənin 2-ci Polis Şöbəsinin Xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub (apa.az).
Bakıda iş adamı başqasını xilas edərkən öldü
Dünən Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığındakı çimərlikdə 1993-cü il təvəllüdlü Zülfüqarov Vüqar Hafiz oğlu boğularaq ölüb.FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.Bildirilir ki, V.Zülfüqarov iş adamı olub və özünün açdığı sürücülük kursuna […]