Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Doğrsuzöztv.Az xəbər verir ki , Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil […]

İlham Əliyev “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib

Doğrusöztv.az xəbər verir ki, İlham Əliyev Bakının Xətai rayonunda “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

VILAYƏT EYVAZOV BU RAYONA YENI POLIS RƏISI TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Doğrusöztv.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinə təyin olunub. O, bundan öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Taleh Qaraşov növbəti onlayn müşavirə keçirdi

İyunun 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov inzibati ərazi dairələri üzrə nümayəndələrin və yerli bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videobağlantılı onlayn müşavirə keçirib. Doğrusöztv.Az Unikal.org -a istinadən  xəbər verir ki, müşavirədə inzibati ərazi dairələrində ictimai-siyasi vəziyyət, sosial-iqtisadi inkişaf və mədəni quruculuqla bağlı görülən işlər, habelə koronavirus pandemiyasına qarşı […]

Nazirlər Kabineti və DİN ev heyvanlarını gəzdirmək məsələsinə aydınlıq gətirdi

İki günlük sərt karantin rejimi dövründə ev heyvanlarından yalnız itlərin gəzdirilməsinə sərbəst şərait yaradılacaq. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, itlərin gəzdirilməsi üçün konkret müddət nəzərdə tutulmayıb: “Həftə sonu nəzərdə tutulan sərt karantin rejimi dövründə vətəndaşlar yalnız itlərini çölə […]

Azərbaycan Yəmənə 25 min dollar məbləğində yardım edib

Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukokun Kral Salman Humanitar Yardım və Dəstək Mərkəzinin Baş direktoru Abdulla Əl Rəbiahla birgə ünvanladığı məktuba cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yəmənə humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 25 […]

Prezident İlham Əliyev Qobustanda yol tikintisinə 4,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun […]

Növbəti sərt karantin rejimi ötən həftədəki qadağalardan nə ilə fərqlənir?

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edərək xüsusi karantin rejiminin iyunun 15-dən iyulun 1-i saat 00:00-dək uzadılmasına qərar verib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, karantin müddətinin uzadılmasına səbəb ölkə ərazisində koronavirus infeksiyasının yayılma səviyyəsinin artmasıdır. Bu günədək 8191 […]

Ukrayna XİN: Azərbaycanla aviaəlaqənin bərpa olunmasında müsbət siqnallar var

Ukrayna bəzi ölkələrlə, o cümlədən Azərbaycanla aviaəlaqənin bərpası məsələsini ikitərəfli səviyyədə müzakirə edir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin deyib. O bildirib ki, Ukrayna ilk növbədə müntəzəm uçuşların həyata keçirildiyi, eləcə də vətəndaşların girişinə məhdudiyyət olmadığı ölkələrlə aviaəlaqənin açılması məsələsini müzakirə edir: “Biz […]

Azərbaycan-İspaniya parlamentlərarası işçi qrupu ilə İspaniyanın müvəqqəti işlər vəkili arasında görüş keçirilib (FOTO)

Milli Məclisdə Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada ilə görüşü keçirilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, görüşdə işçi qrupunun rəhbəri, millət vəkili Sevil Mikayılova və qrupun üzvü, millət vəkili Tural Gəncəliyev iştirak ediblər. Görüş zamanı iki ölkənin parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı […]