Azərbaycanın Müdafiə naziri Moskvaya yola düşəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, səfər sentyabrın 6-dək davam edəcək.

Dörd rayonda 17 subartezian quyusu qazılacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev sentyabrın 2-də “Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Doğrusöztv.Az Trend – ə istinadən xəbər verir ki, Sərəncama əsasən, Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarının əhalisi 42678 nəfər olan […]

Prezident İlham Əliyev Vyetnamın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa təbrik məktubu göndərib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 75-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan ilə Vyetnam arasındakı əlaqələr zəngin […]

“AzerGold” QSC-nin səlahiyyətləri artırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli […]

Yeni Azərbaycan Partiyası beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Yeni Azərbaycan Partiyası (YAP) Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar və Livandan erməni ailələrinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına köçürülməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Doğrusöztv.Az Trend – ə istinadla müraciətin mətnini təqdim edir: – Təxminən otuz ildir ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq […]

Hikmət Hacıyev: Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir

Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusla bağlı kəskin vəziyyət var. Ermənistan rəhbərliyi isə bununla bağlı faktları gizlətməyə çalışır. Doğrusoztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İTV-yə açıqlamasında deyib. H.Hacıyev bildirib ki, pandemiya dövründə soydaşlarımız Dilqəm Əsgərov […]

Daha bir deputat karantin rejiminin ləğv edilməsinə qarşı çıxdı: “Uzadılmalıdır”

Avqustun 31-də ölkəmizdə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin, eləcə də 13 rayonda mövcud olan xüsusi sərt karantin rejiminin vaxtı bitir. Ötən 6 ay yarım ərzində tətbiq edilən xüsusi karantin rejimi zəruri və qaçılmaz idi. Çünki tətbiq edilməsəydi, biz indi tamam fərqli bir mənzərə üz-üzə idik, çox böyük itkilərlə, […]

Komitə rəsmisi əhaliyə səsləndi: “Kütləvi tədbirlərdən çəkinin”

Təxminən 25 milyon insanın yoluxduğu, 840 min insanın ölümünə səbəb olmuş koronavirus pandemiyasının cəmiyyətin bütün sahələrində olduğu kimi, mənəviyyat sahəsinə də təsirləri olub. Belə ki, dünyada bu xəstəliyin qarşısının alınması və onun fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən izolyasiya tədbirləri nəticəsində təhsil müəssisələri, mədəniyyət ocaqları və ibadət evlərinin fəaliyyətinə qadağalar […]