Prezident İlham Əliyev: Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bir neçə kəndi işğaldan azad edilib

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Doğrusöztv.Az Trend -ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Özümüzü koronavirusdan qorumaqla cəbhədə qələbəyə töhfə vermiş oluruq – Deputat

Bu gün ölkəmiz iki cəbhədə müharibə aparır. Ön cəbhədə müzəffər ordumuz Ali Baş Komandanın bütün tapşırıqlarını layiqincə icra edir. Hər gün yeni yaşayış məntəqələrimiz işğaldan azad olunur, yüzlərlə erməni döyüş texnikaları ilə birlikdə məhv edilir və tarixi qəlbəmizə hər ötən gün daha çox yaxınlaşırıq. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli […]

Rusiya Ermənistanın atacağı addımlar üçün məsuliyyət daşımaq fikrində deyil – Aydın Mirzəzadə

Rusiya bu gün Azərbaycanın apardığı siyasətə anlayışla yanaşır və o, Ermənistanın bu vəziyyətdə atacağı addımlar üçün heç də məsuliyyət daşımaq fikrində deyil. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, parlamentin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyib. Onun […]

Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

Noyabrın 1-də saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutur. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyinən məlumat verilib.

Prezidentə yazırlar: Vətənimizin son yüz illik tarixinə qızıl xətlə yazdığınız böyük Qələbə var olsun!

Türkiyədən, eləcə də respublikanın müxtəlif yerlərindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlir. Doğrusöztv.Az məktublardan bəzilərini təqdim edir: Çağlar Çakırdan, Ankara, Türkiyə “Hörmətli cənab Prezident. Sizə türk xalqının salamlarını və ehtiramını çatdırmaqdan məmnun olduğumu bildirirəm. Mən Türkiyə Respublikasının vətəndaşı olaraq Sizin haqq davazınızı öz mübarizəm bilirəm. […]

Mövlud Çavuşoğlu Bakıya gəlib

Türkiyənin Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu Bakıya gəlib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN başçısı “Twitter” hesabında yazıb. “Can Azərbaycana olan güclü dəstəyimizi yeniləmək və Dağlıq Qarabağdakı son hadisələr barədə fikir mübadiləsi aparmaq üçün bir daha Bakıdayıq, qardaşlarımızın yanındayıq”.

Ermənistan qəsdən Şuşa meşələrində yanğın törədir – Hikmət Hacıyev

Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Ermənistanın Şuşa meşələrində […]

Prezident İlham Əliyev: Mən bir aydır bu sualı verirəm, heç bir cavab yoxdur

Mən bir aydır bu sualı verirəm, heç bir cavab yoxdur. Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “İki gün əvvəl radioda Sizin Ermənistanın bu müharibəni aparmaq üçün pulu haradan aldığını soruşduğunuzu eşitdim. Cavab nədir?” sualına cavabında deyib. […]

Prezident İlham Əliyevdən jurnalistin demokratiya ilə bağlı sualına cavab: Avropada etirazçıları necə döydüyünüzə baxırıq

Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin sualına cavabında deyib. Jurnalist və Prezident İlham Əliyev arasındakı dialoq: Siz Azərbaycanı demokratiya nümunəsi adlandırardınız? […]