Sahil Babayev bu boksçuların MAAŞLARINI KƏSDİ

alfonsonri

Azərbaycan Boks Federasiyasında (ABF) yenidən maaş problemi yaşanır. “Unikal”ın əldə etdiyi məlumata görə, boks üzrə Azərbaycan çempionatında  ikinci və üçüncü yerə çıxan idmançılara artıq maaş verilmir. Belə ki, ABF-nin sabiq prezidenti Kəmaləddin Heydərovun zamanında onların hər birinə aylıq maaş ödənilirdi. Lakin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babyev bu […]

Meymunçiçəyi daha bir ölkədə AŞKARLANDI

alfonsonri

Sloveniyanın Mikrobiologiya və immunologiya institutu ölkədə bir nəfərdə meymunçiçəyi virusunun aşkar edildiyini bildirib. Bu barədə institutun açıqlamasında deyilir. Qeyd olunur ki, həmin virusa bir müddət əvvəl Kanar adalarından qayıtmış şəxs yoluxub. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi infeksiyasının bu günədək 19 ölkədə 131 nəfərdə aşkarlandığını, daha 106 yoluxma şübhəsinin araşdırıldığını […]

Nəzirlər onlayn ödənəcək?

alfonsonri

Nəzirlərin elektron qaydada ödənilməsi ilə bağlı qaydalar hazırlanır.  Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.   Onun sözlərinə görə, hazırda həmin qaydalar üzərində iş gedir. “Bununla bağlı proses yekunlaşdıqdan sonra cəmiyyətə ətraflı məlumat veriləcək”.

Azərbaycanlı aktyor Türkiyədə BELƏ GÜLLƏLƏNDİ – ANBAAN VİDEO

alfonsonri

Xəbər verdiyimiz kimi, ötən gün İstanbulun Fatih bölgəsində iki qrup arasında silahlı insident baş verib. Hadisə nəticəsində 1-i polis olmaqla, 7 nəfər yaralanıb. Yaralananlar arasında Türkiyədə yaşayan azərbaycanlı aktyor Kamran Dadaşzadə də olub. Baş nahiyəsindən güllə yarası alan K.Dadaşzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Dogrusoztv.az xəbər […]

Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən iş adamının oğluna cinayət işi açıldı

alfonsonri

Müdafiə Nazirliyi törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşan və hərbi qulluqçu olduğu qeyd edilən şəxslə bağlı məlumata münasibət bildirib.Məlumatda deyilir:“N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də […]

İranlı nazir Azərbaycana səfər edəcək

alfonsonri

İranın neft naziri Cavad Ovci iyunun əvvəlində Azərbaycana səfər edəcək. İranlı nazir iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək. Forumda “Energetika keçid dövründə – Transformasiya olunan dünyada yeni imkanlar və çağırışlar”, “Qlobal enerjinin inkişafı icmalı”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı” […]

DYP-dən “TEKNOFEST”lə bağlı sürücülərə MÜRACİƏT

alfonsonri

2022-ci ilin may ayının 26-dan 29-dək 4 gün boyunca Bakı Kristal Holl və onun ətrafı Dənizkənarı Bulvarda regionun ən böyük  tədbiri olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Aviasiya Festifalı keçiriləcəkdir.  Festifalın keçiriləcəyi əraziyə 08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus xidməti təşkil edilib.  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə […]

Zakir Həsənovdan TAPŞIRIQ: Döyüş hazırlığını yüksək səviyyədə saxlayın (VİDEO)

alfonsonri

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Bu barədə “Unikal”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildiirlib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin […]

İrəvanda itaətsizlik aksiyaları davam edir – CANLI

alfonsonri

Ermənistan paytaxtında Nikol Paşinyan hökumətinin istefası tələbi ilə müxalifətin təşkil etdiyi itaətsizlik aksiyaları yenidən başlayıb. Dogrusoztv.az erməni KİV-ə  istinadən xəbər verir ki, səhər saatlarında nümayişçilər şəhərdə nəqliyyatın hərəkətini iflic etmək üçün bir neçə küçəni bağlayıblar. Xatırladaq ki, Ermənistanda mayın 2-dən etibarən “Müqavimət” hərəkətinin nümayəndələri  Baş nazir istefası tələbi ilə itaətsizlik aksiyalarına […]