Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb. Bu barədə FHN-dən məlumat verilib. Çevik xilasetmə qüvvələri yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına başlayacaq. *** 10:16 […]
İlham Əliyev bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak etdi – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
9 yaşlı Bakı məktəblisinin türkiyəli uşaqlara duyğusal MƏKTUBU – FOTO
“Bütün Türk uşaqlarına salam. Mənim adın Nərgizdir, 9 yaşım var. Türkiyədə baş verən zəlzələ bizi çox kədərləndirdi”. Bu fikirləri Bakı şəhərində yaşayan Nərgiz Eyvazlı İqrar qızı yazıb. “İndi bilirəm ki, ora çox soyuqdur. Bu soyuqda bayırda qalan və üşüyən də var. Mənim isə isti otaqda sizin üçün ürəyim üşüyür. Mən […]
Ərdoğan Kahramanmaraşa GETDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraşa gedib. Bu barədə TRT Haber məlumat yayıb. Bildirilib ki, Türkiyə Prezidenti daha sonra Kahramanmaraşın Pazarcık rayonunadır.
Suriyadakı zəlzələdə ölənlərin sayı 2 mini keçdi
Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2032-yə çatıb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Suriyadakı nümayəndəliyindən bildirilib. Məlumata görə, həmçinin 5 minə yaxın ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var. Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
Bakıda yardım kampaniyasının ünvanı dəyişdi
Bakıda Türkiyədə zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyasının ünvanı dəyişib. Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, Babək prospektində yerləşən “Doğtaş Mebel” qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə dəyişdirilib. Artıq yardımlar Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul olunur. “Unikal”
Türkiyədəki zəlzələdə voleybolçular həlak oldu
Malatyada 7,7 bal gücündə zəlzələ zamanı dağıntılar altında qalan Malatya Böyükşəhər Bələdiyyəsinin iki voleybolçusu Emincan Kocabaş və Mehmet Can Ağırbaş həyatlarını itiriblər. Dogrusoztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Malatya Kırçuval hotelinin dağıntıları altında qalan voleybolçuların cəsədləri saatlar sonra tapılıb
44 saatdan sonra xilas edilən qadının ilk istəyi bu oldu
Türkiyənin Malatya bölgəsində zəlzələ nəticəsində çökən binalardan birinin dağıntıları altından 44 saatdan sonra 72 yaşlı qadın sağ olaraq xilas edilib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Belə ki, dağıntılar altından çıxarılan 72 yaşlı Hanife adlı qadının ilk istəyi su olub. Bundan sonra qadın xəstəxanaya yerləşdirilib.
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894-ə çatdı
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb. Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib. Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb. “Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. […]
Xankəndi-Laçın yolundakı aksiyanın 59-cu günü
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli doqquz gündür davam edir. Havanın soyuq, qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir […]