Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxılıb – MN

Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər. Doğrusööztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmr imzalayıb. Əmrlə hər iki general ehtiyata buraxılıb.

Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirəm – Roma papası

Dünyanın bir çox nöqtəsində narahatlıqlar doğuran vəziyyət mövcuddur. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Roma papası I Fransisk Vatikanda akkreditasiya olunmuş diplomatik missiya nümayəndələri ilə görüşü zamanı deyib. O bildirib ki, Mərkəzi Afrika Respublikası, Latın Amerikası kimi bölgələrdə siyasi və sosial gərginliklər narahatlıq doğurur: “Mən həm də Koreya yarımadasındakı, eləcə də Cənubi […]

Düşmən tərəfindən dağıdılmış ərazilərdə ilk növbədə arxeoloji tədqiqatlar aparılmalıdır – Əməkdar memar (VİDEO)

İlk növbədə düşmən tərəfindən dağıdılmış ərazilərdə arxeoloji tədqiqatlar aparılmalıdır. Bunu Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadə “Sahil Kərimli ilə Aktual” videolayihəsində deyib. E.Qasımzadə bərpa işlərinin xarici mütəxəssislərlə birgə aparılmasını daha məqsədəuyğun hesab edir: “Bizim kifayət qədər təcrübəli, peşəkar alimlərimiz, tədqiqatçılarımız var. Ancaq etiraf etmək lazımdır ki, xaricdə hələlik bizdə olmayan […]

Bakıda Hərbi Qənimətlər Parkı yaradılır (FOTO/VİDEO)

Bakıda Hərbi Qənimətlər Parkı yaradılır. Doğrusöztv.Az-ın məlumatına görə, park Xətai rayonu ərazisində yerləşir. Ərazidə tikinti işləri davam etdirilir. Vətən müharibəsində Azərbaycan Ordusunun darmadağın etdiyi düşmənə aid hərbi texnikaların bir qismi park ərazisində yerləşdirilib. Həmin hərbi texnikaların bir qismi ötən il dekabrın 10-da keçirilən Zəfər paradında da nümayiş olunmuşdu.

Azərbaycan radioları Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımlanacaq

Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib. Doğrusöztv.Az-ın məlumatına görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub. İşğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının (“Xəzər” radiosu, “Azad Azərbaycan” […]

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, fevralın 7-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Doğrusöztv.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. […]

Bu il Rusiya-Azərbaycan arasında yeni layihələrin başlanılması gözlənilir

2021-ci ildə yeni Rusiya-Azərbaycan layihələrinin icrasına, xüsusən də Azərbaycanda kənd təsərrüfatı və yol tikinti texnikasının yığılmasının təşkili ilə bağlı işlərin başlanması gözlənilir. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib. Onun sözlərinə görə, ticarət missiyası Rusiya müəssisələrinin Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı layihələrində iştirakına xüsusi diqqət […]

Mübariz İbrahimovun xatirəsi yad edilib

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin nümayəndə heyəti və bir qrup hərbi qulluqçu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Bu barədə Doğrusöztv.Az  Müdafiə Nazirliyinə istinadən xəbər verir. Anma mərasimində polkovnik-leytenant Namiq Cavadov qəhrəmanlığı ilə başqalarına nümunə olan Mübariz İbrahimovun vətənpərvərlik və mübarizlik hissinin […]