Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ – FOTO

Son iki gündə bölgəyə yağan güclü leysan yağışları Qubada yol təsərrüfatına ciddi ziyan vurub. Quba–Tüləkəran yolunun 12-ci kilometrində yolun çökməsi nəticəsində Yuxarı Tüləkəran, Aşağı Tüləkəran və Tülər kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti olaraq kəsilib. Quba Fövqəladə Hallar Komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov saytımıza bildirib […]

Çində kömür mədənində ölənlərin sayı 80 nəfəri ötüb – YENİLƏNİB

Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib. Bu barədə “Xinhua” agentliyi məlumat yayıb. Çinin Şansi əyalətində yerləşən kömür mədənində qaz partlayışı baş verib. Bizim.Media xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması qərargahı məlumat yayıb. Qaz […]

BİZİM TƏQVİM:23 mayda baş vermiş tarixi hadisələr

2001-ci ilin bu günündə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi ləğv edilərək onların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.  Bu nazirlik Azərbaycan ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, […]

Niderland Kralı İlham Əliyevi təbrik edib

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.Niderland Kralının təbrik məktubunda deyilir: “Zatı-aliləri cənab Prezident. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm. Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram”.

Baş katib: “Şəhərlərin qurucuları icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiyanı verir”

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı aydın olub ki, şəhərlərin qurucuları məhz icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiya verənlərdir. Bunu Asiya Mənzil Hüquqları Koalisiyasının Baş katibi Lajana Manandhar tədbirin bağlanış mərasimində bildirib. “Vətəndaş cəmiyyəti, yerli hərəkatlar və qeyri-rəsmi məskunlaşma yerlərinin təmsilçiləri olaraq, Azərbaycan hökumətinə və […]

Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb

Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarında Komfort və Komfort+ siniflərində səyahət edən sərnişinlər çəkisi 23 kiloqramdan, Lüks sinifdə isə 30 kiloqramdan çox olmayan 1 ədəd baqajı ödənişsiz daşıya bilərlər. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bildirilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ […]

Quterreşin müavini: BMT Azərbaycana minatəmizləmə işlərinə dəstəyini davam etdirir

BMT Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirir. Bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib. O bildirib ki, Qarabağda həyata keçirilən bərpa və reinteqrasiya proqramları Azərbaycan hökumətinin səlahiyyətində olan məsələdir və davamlı sülhün təmin edilməsinə xidmət edir. Əminə Məhəmməd qeyd edib […]