Azərbaycanda bu işçilərə maaşdan əlavə pul veriləcək – DİQQƏT!

Milli Məclisin bu gün keçirilən iclasında “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələ birinci oxunuşda müzakirəyə çıxarılıb. DOĞRUSÖZTV.AZ xəbər verir ki, qanuna əlavə olunması təklif edilən yeni hissəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah […]

İlham Əliyev yol tikintisinə 9,6 milyon manat ayırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev Göygöl rayonunun Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, iyirmi dörd min nəfər əhalinin yaşadığı altı yaşayış məntəqəsini birləşdirən Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait […]

Baş prokurordan TƏYİNATLAR

Bakının daha iki rayonuna yeni prokuror təyin olunub. APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq, Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib. Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov […]

Naqif Həmzəyev: Ölkəmizin “Microsoft” şirkəti ilə tərəfdaşlığın böyük böyük gələcəyi var

Yeni növ koronavirus (COVID-19) pandemiyasının dalğalanan çevrəsi yer kürəsində insanları sosial izolyasiyaya məcbur edib, özünü təcrid etməni ön plana çıxarıb. Pandemiyaya dair bu çağırışlar “gözəgörünməz düşmən”dən qorunmanın ən effektli üsulları, koronavirusdan xilas yolu hesab olunsa da eyni zamanda, cəmiyyətin normal və dinamik inkişafına maneələr yaradıb. Bunu Milli Məclisin İnsan hüquqları […]

Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyində xüsusi karantin rejiminin qaydalarına ciddi əməl olunur. Doğrusöztv.Az bildirir ki, qurumdan Trend-ə verilən məlumata görə, həm əsas inzibati bina, həm də bütün struktur bölmələrin fəaliyyət göstərdiyi binalarda giriş-çıxış qaydaları ciddi nəzarətdə […]

Azərbaycan Türkiyənin ən etibarlı dostu və müttəfiqidir – Rəy sorğusu

Türkiyə əhalisinin 65,6 faizi Azərbaycanı Türkiyənin ən etibarlı dostu və müttəfiqi hesab edir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə Kadir Has Universitetinin keçirdiyi rəy sorğusunda deyilir. Sorğunun nəticələrinə əsasən, respondentllərin 70 faizi ABŞ-ı Türkiyə üçün real təhdid hesab edir. Rəyi soruşulanların 30,2 faizi hesab edir ki, Ankara türkdilli ölkələrlə, […]

İbrahim Məmmədov: Bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiqi ilə bağlı hələ qərar verilməyib

Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək. Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı […]

Müdafiə Nazirliyi: Tərtərdə bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina partlayıb

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb. Doğrusöztv.Az bildirir ki, bu barədə Azərbaycan müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə […]

Azərbaycan və Ukrayna XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Ukrayna Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında növbəti siyasi məsləhətləşmələr keçirilib. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən Xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə Xarici işlər nazirinin müavini Vasiliy Bodnar rəhbərlik edib. Nazir müavini Xələf Xələfov […]

Elektron viza ilə bağlı “Turizm haqqında” Qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci […]