İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən son söz deyib. O, media nümayəndələrinə […]
Prezident: Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır
Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı deyib. “Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox genişmiqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il […]
Sabah Bakıya leysan yağış yağacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın rayonlarında noyabrın 4-dən 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
II Qareginin qardaşı və qardaşı oğlu saxlanılıb
Katolikos II Qareginin qardaşı Qevork Nersisyan və onun oğlu Ambarstum Nersisyan saxlanılaraq dindirilib. Bu barədə Ermənistan mediası onların vəkili Ara Zohrabyana istinadən məlumat yayıb. Vəkilin sözlərinə görə, hər iki şəxs saxlanıldıqdan sonra dindirilib və ifadələrinin videogörüntüsü istintaq orqanına təqdim olunub. “Qevork Nersisyan və onun oğlu Ambarstum Nersisyan saxlanılıblar. Onlar ifadə […]
Nazirlik çağırış etdi – Təşvişə düşməyin
3-7 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç […]
Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu münasibətlə keçirilən buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik […]
Bakıda Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək
Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək. Noyabrın 11-də keçiriləcək yarış Badamdar ərazisində baş tutacaq. Tədbirin əsas məqsədi Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq, həmçinin Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini yad etməkdir. Çempionatda ölkənin […]
Thodex-in qurucusu Faruk Fatih Özer həbsxanada asılmış vəziyyətdə tapılıb
Thodex-in qurucusu Faruk Fatih Özerin həbsxanada meyiti tapılıb. Faruk Fatih Özerin meyiti həbsxananın tək nəfərlik kamerasının hamam otağında asılmış vəziyyətdə aşkarlanıb. Qeyd edək ki, Thodex adlı kriptovalyuta birjası vasitəsilə çox sayda insanı dələduzluq yolu ilə aldatmaqda ittiham olunan Faruk Fatih Özer Albaniyada 2022-ci il avqustun 30-da saxlanılaraq Türkiyəyə gətirilib. Onun […]
Bazar gününün havası açıqlanıb
Noyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz […]