Baş nazirdən XİN-lə bağlı – Qərar

Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib.Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Xarici İşlər Nazirliyinin kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiqlənir: Kollegiyanın sədri Xarici işlər naziri Kollegiyanın üzvləri: Xarici işlər nazirinin müavinləri “ADA” Universitetinin rektoru; Xarici İşlər Nazirliyinin […]

Novruzla Ramazan eyni gündə qeyd ediləcək – 11 gün iş olmayacaq

Gələn il Novruz və Ramazan bayramları eyni günlərdə qeyd olunacaq.Nazirlər Kabinetinin Qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq. Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və […]

Türkiyə şirkəti ilə əczaçılıq sahəsində perspektivlər müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin Direktorlar Şurasının sədri Abidin Gülmüş ilə görüşüb. Bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib. “Şirkətin ölkəmizlə səmərəli əməkdaşlığı və əczaçılıq sənayesi sahəsində perspektivlər barədə danışdıq. Birgə fəaliyyət çərçivəsində əczaçılıq zavodu layihəsi üzrə cari […]

Nazir onları vəzifəsindən azad etdi

Ədliyyə Nazirliyinin Sumqayıt və Şirvan Regional Ədliyyə İdarələrinin rəisləri vəzifəsindən azad olunub. Bununla bağlı nazir Fərid Əhmədov əmr imzalayıb. Əmrə əsasən, Eyvaz Məmmədov Sumqayıt Regional Ədliyyə İdarəsinin, Nizami Hüseynov isə Şirvan Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsindən azad olunub. Digər əmrlə, Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsinin icrası Hüseyn Məmmədova, Şirvan […]

Avropa ölkəsi Azərbaycanda səfirlik açır

2 dekabr 2025-ci il tarixində nazir Ceyhun Bayramov ilə Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna arasında telefon danışığı aparılıb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı, Azərbaycan-Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib. Ölkələrimiz arasında intensivləşən […]

Ağstafaya gedənlərin nəzərinə!

Artan sərnişin tələbatını təmin etmək məqsədilə 5, 6 və 7 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilir. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərsiniz. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından […]

Deputat: Media subyektlərinə 5 illik vergi güzəşti tətbiq olunsun

Əgər media resurslarının bir hissəsinə vergi güzəştləri təqbiq olunursa, TV və radiolara münasibətdə də eyni yanaşmanın sərgilənməsinin nəzərdən keçirilməsi də doğru olardı. Bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu sıraya, uyğun bilindiyi halda texniki avadanlıqların alınması üçün rüsum […]

Putinin nümayəndəsi Uitkoffun Moskvaya səfərini dünya üçün vacib gün adlandırıb

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev bu günü dünya üçün vacib adlandırıb. Dmitriyev bunu bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçiriləcək görüşdən danışarkən bildirib. Onun sözlərinə görə, Prezident Trampın Qəzza sülh müqaviləsini hazırlayan komandası Ukraynadakı sülh gündəliyini irəli aparmaq üçün Moskvada olacaq. […]

İlham Əliyev həmkarına məktub yazdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib. Məktubun mətnini təqdim edirik: “Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və sizin simanızda bütün qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş […]