Prezident İlham Əliyev “Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb

Prezident İlham Əliyev aprelin 30-da “Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Son dövrlərdə ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən olan aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 45 mindən çox müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən müasir […]

Prezident Zakir Qaralovla telefonla DANIŞDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Zakir Qaralovla telefonla danışıb. Doğrusöztv.azxəbər verir ki, telefon danışığı zamanı dövlətimizin başçısı Baş prokuror vəzifəsində səlahiyyət müddəti başa çatmış Zakir Qaralovun bu vəzifədə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğulayıb, özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi […]

Malik Həsənov: Dünyanın əksər ölkələri ilə müqayisədə pandemiyaya qarşı mübarizədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub

“Bütün dünyada tüğyan edən koronavirus pandemiyasının  ilk dövrlərindən Azərbaycan dövləti bu təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi ilə əvvəlcə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Eyni zamanda, ölkəmizdə kütləvi yoluxmanın qarşısını almaq üçün dərhal təlim-tədris müəssisələrinin, ticarət və əyləncə mərkəzlərinin […]

Pərvin Kərimzadə: Layiqli övlad, etibarlı həyat yoldaşı, fədəkar ana, peşəkar həkim – Zərifə xanım Əliyeva

Gözəl insan, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın böyüklüyü haqqında danışmağa zaman yetməz. Həyat Zərifə xanıma şərəfli tale seçib. O, böyük dövlət xadiminin qızı, Azərbaycanı müstəqilliyə gətirib çıxaran ulu öndərin həyat yoldaşı, hər bir azərbaycanlının Prezidenti İlham Əliyevin anası idi. Zərifə xanım bu həyatda bu üç missiyanı şərəflə yerinə yetirdi. […]

İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında videokonfrans keçirilib

Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib. Videokonfransda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi və Azərbaycan tərəfindən İqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycandan müdir Mikayıl Cabbarov iştirak ediblər.

“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 565; 2000, № 12, maddə 833; 2005, № 10, maddə 876; […]

Oqtay Şirəliyev onlayn müzakirəyə qoşuldu – FOTO

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv ölkələrinin səhiyyə sektorlarının rəhbərləri COVİD-19 pandemiyası ilə mübarizə mövzusunda onlayn videokonfransda iştirak ediblər. Unikal.org xəbər verir ki, yerli vaxtla saat 15:00-da keçirilən onlayn-konfransda səhiyyə rəsmilərindən Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional […]

Ağalar Vəliyev: Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklər həm cari, həm də postkoronavirus dövründə sahibkarlıq subyektlərinin normal fəaliyyətinin təmin edilməsinə xidmət edir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 27-də keçirilən növbəti iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib. Müzakirələrdə çıxış edən deputat Ağalar Vəliyev qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq sərancamı ilə təsdiq edilmiş tədbirlər planının icrasını təmin edilməsi məqsədi daşıyan qanun layihəsi mahiyyəti […]

“Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən […]

Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 km olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan […]