Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycan prospektindən […]
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Komidə (Rusiya) özəl “Mi-8T” helikopterinin sərt enişi nəticəsində 10 nəfər yaralanıb. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib. “Mi-8 helikopterinin sərt enişi zamanı xəsarət alanların sayı artaraq 10-a çatıb”, – nazirlikdən qeyd edilib. Helikopter havaya qalxarkən yana aşıb. Göyərtədə 24 nəfər olub. Helikopter işçiləri Nen Muxtar Dairəsinə çatdırmalı idi. Hadisə […]
Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir – ŞƏRH
Otuzillik işğal dövründə təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını viran qoymaqla yanaşı, insanlarımıza qarşı da olmazın vəhşiliklər törədib, soyqırımları həyata keçirib. Vaxtilə ərazilərimizin işğalının ən ağır humanitar nəticələri aşkarlanan kütləvi məzarlıqlar və genişmiqyaslı mina təhlükəsidir. Bu amillər həm keçmiş müharibə cinayətlərinin izlərini ortaya qoyur, həm də azad edilmiş torpaqlarda bərpa işlərini və […]
Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-da Qax şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – […]
Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb […]
Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır
Qafqaz regionunda qanunlara, legitimliyə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan yeni status-kvo formalaşır. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində çıxışı zamanı bildirib. O qeyd edib ki, bu həftə Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə daha bir tarixi an yaşanıb. “Azərbaycan Baş […]
Sabirabadda Kür çayı məcrasından çıxıb
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində bu ildən etibarən ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yeni mexanizm Azərbaycanda bütün müvafiq təhsil müəssisələrində vahid qiymətləndirmə yanaşmasının tətbiqini nəzərdə tutur. Məqsəd şagirdlərin bilik və bacarıqlarını eyni meyarlar əsasında ölçmək, […]
İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində bu ildən etibarən ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yeni mexanizm Azərbaycanda bütün müvafiq təhsil müəssisələrində vahid qiymətləndirmə yanaşmasının tətbiqini nəzərdə tutur. Məqsəd şagirdlərin bilik və bacarıqlarını eyni meyarlar əsasında ölçmək, […]
Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir
ABŞ-nin Yaxın Şərqdəki əməliyyatında faktiki hərbi xərcləri rəsmi olaraq səsləndirilən rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb. “Pentaqon yalan danışır. Netanyahunun avantürası ABŞ-yə artıq 100 milyard dollara başa gəlib, bu da iddia ediləndən dörd dəfə çoxdur. Amerikalı vergi ödəyiciləri üçün dolayı […]
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Ədalət Nurulla oğlu Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Ədalət Fərəcov bu ordenlə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.