Milli Məclis Sədrinin müavininin yeni köməkçisi təyin edilib. DOĞRUSÖZTV.AZ-ın məlumatına görə, Emin Abdulov Məclis Sədrinin müavini Fəzail İbrahimlinin köməkçisi təyin edilib. Qeyd edək ki, Milli Məclis Sədrinin və Sədr müavininin köməkçiləri parlament Aparatının Katibliyinin əməkdaşlarıdır.
Nazir Axundovu rəis müavini TƏYİN ETDİ
Daxili İşlər orqanında yeni təyinat olub. Doğrusöztv.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, polis polkovniki Vüqar Axundov Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis şöbəsinin rəis müavini təyin olunub. Bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
“MTN-in belə əməkdaşı olmayıb” – DTX
Son günlər bəzi kütləvi informasiya vasitələrində “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı, “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb. Unikal.org-un xəbərinə görə, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat […]
Kamran Əliyev Neftçalaya yeni prokuror təyin edib
Prokurorluq orqanlarında yeni təyinat olub. Baş prokurorun əmri ilə Gəncə şəhər prokurorunun müavini Nəsif Nəcəfova Neftçala rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.
“Azərbaycan” İstilik Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib
“Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş aşağıdakı […]
İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş […]
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi – RƏSMİ
Azərbaycan Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində dövlət idarəçiliyinin bütün sahələrində şəffaflığın təmin olunması sahəsində kompleks, sistemli və ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icra edilməsi məqsədi ilə öz qanunazidd şəxsi maraqlarını güdməklə dövlət məmurunun […]
Prezidentdən Gəncədə İdman Sarayı tikintisi ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə üç milyon […]
Prezident və Birinci vitse-prezident Gəncədə karvansara kompleksinin açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 24-də Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə kompleksdə yaradılan şərait barədə məlumat verilib.