Baş Prokurorluq və DİN aksiya haqda MƏLUMAT YAYDI – SAXLANILANLAR VAR

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri birgə məlumat yayıb. Unikal.org-a daxil olan məlumatda deyilir: Məlum olduğu kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətmiş, iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi, eləcə də dinc əhalini və […]

Milli Məclisin binasına nə qədər ziyan dəyib? – MƏBLƏĞ

Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçılarının törətdiyi dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 manat məbləğində maddi ziyan dəyib. Bu barədə DOĞRUSÖZTV.AZ-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. “Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid […]

Dünya azərbaycanlıları Ermənistana qarşı sərt sanksiyalar tələb edir – FOTO

Bütün dünyanın COVID-19 qlobal pandemiyasına qarşı mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan icmalarının üzvlərinin və fəallarının dərin hiddətinə səbəb olub. Doğrusöztv.Az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən xəbərə görə, onlarla diaspor […]

İlham Əliyev şəhidlərin ailə üzvlərinə başsağlığı verdi

İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib. Doğrusöztv.Az  Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, II Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin […]

Düşməndən növbəti TƏXRİBAT: Bu dəfə Mərkəzi Xəstəxana hədəf alındı

“Ermənistan ötən gün Cenevrə konvensiyasının 18-ci maddəsini pozaraq Tovuzun Mərkəzi Xəstəxanasını hədəf alıb”. Doğrusöztv.Az Unikal.org – a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib. Ombudsman xatırladıb ki, həmin maddədə münaqişə tərəflərinin heç bir halda mülkü yaşayış yerlərini, xəstəxanaları hədəf almamaları qeyd olunub: “Əfsus ki, Ermənistan bu dəfə […]

Zakir Həsənov şəhid generalın tabutunu çiyininə aldı – VİDEO

İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib. Doğrusöztv.Az Unikal.org- a istinadən xəbər verir ki, İkinci Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci […]

Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad […]

ABŞ Azərbaycan-Ermənistan sərhədində əməliyyatları dayandırmağa çağırır

ABŞ Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmanı pisləyir və tərəfləri güc tətbiq edilməsini dərhal dayandırmağa çağırır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequsun bəyanatında deyilir. Bəyanatda bildirilir: “ABŞ Azərbaycan-Ermənistan dövlət sərhədindəki zorakılığı qətiyyətlə pisləyir. Tərəfləri güc tətbiq etməyi dərhal dayandırmağa, aralarındakı mövcud birbaşa əlaqə […]

Pakistan XİN: Ermənistan təxribatçı hərəkətlərlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısını almağa çalışır

Pakistan Ermənistan qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədinə törətdiyi hücumu qətiyyətlə pisləyir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pakistan XİN-nin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Dağlıq Qarabağdakı həll olunmamış münaqişə bölgədəki sülhə və təhlükəsizliyə ciddi hədə yaradır və uzunmüddətli nəticələrə səbəb olur: “Son təxribatçı hərəkətlər Ermənistanın […]