“İyulun 12-si günorta saatlarından başlayaraq düşmən tərəfi həmişəkindən fərqli olaraq əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsi istiqamətində yerləşən bölmələrimizi atəşə tutmağa başladı. Mövqelərlə yanaşı, sərhəddə yerləşən kəndlərin də atəşə tutulması prosesi baş verdi”. Doğrusöztv.Az Unikal.org-a istinadən xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. Onun […]
Fransa səfiri Azərbaycan-Ermənistan sərhədində atəşkəsin bərpa olunacağına ümid edir
Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin bərpa olunacağına ümid edir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə səfir Tvitter səhifəsində yazıb. Diplomat yazıb: “Ümid edək ki, Azərbaycanla Ermənistan sərhədində atəşkəs bərpa ediləcək, daha itki olmayacaq, eskalasiya başa çatacaq və danışıqlar yenilənəcək”.
Tovuzda şəhid olmuş hərbi qulluqçuların ailələrinə Prezident təqaüdü veriləcək
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, nazirliyin Xətai, Sumqayıt, Tovuz, Qazax, Ağstafa, Biləsuvar, Masallı və İsmayıllı şəhər və rayon bölmələrinin rəhbər şəxsləri şəhidlərin […]
Vaqif Dərgahlı: Ermənilər məqsədyönlü şəkildə atəş nöqtələrini öz mülki obyektlərinin yaxınlığında və ya arxasında gizlədirlər
Ümmumilikdə vəziyyətin gərgin olmasına baxmayaraq, iyulun 17-dən 18-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlik hökm sürüb. Ön xətt mövqelərində ara-sıra atəşkəs rejimi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən pozulub. Düşmənin aktiv fəaliyyət cəhdinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb. Doğrusöztv.Az bildirir ki, bunu Trendə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin […]
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri: PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir
Azərbaycan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov Türkiyədə bu ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirlə görüşüb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə İ.Dəmir “Twitter”də yazıb. İ.Dəmir bildirib: “İki qardaş ölkənin bir […]
Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü olub (FOTO)
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, 17 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto arasında görüş keçirilib. […]
Hacıqabuldan olan bir qrup şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər verildi (FOTO)
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı respublikamızın bölgələrində də uğurla davam etdirilir. Doğrusöztv.Az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Hacıqabul rayonundan 17 şəhid ailəsi və müharibə əlilinə (12 şəhid ailəsi, 5 nəfər Qarabağ müharibəsi əlili) Şirvan şəhərindəki 68 mənzilli […]
Prezident İlham Əliyev şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə iyulun 16-da Müdafiə […]
Ceyhun Bayramov Xarici İşlər naziri təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev yeni Xarici İşlər nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az “Report” -a istinadən xəbər verir ki, sərəncama əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycanın Xarici işlər naziri təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə C.Bayramov Təhsil naziri vəzifəsindən azad olunub.
Ordumuzun komandiri xalqa təcili mürciət etdi — TƏCİLİ XƏBƏR
DİQQƏT! BU MÜRACİƏTİN BÜTÜN SOSİAL ŞƏBƏKƏLƏRDƏ PAYLAŞILMASI XAHİŞ OLUNUR. Hazırda cəbhə bölgəsində düşmənlə üz-üzə dayanan komandir Azərbaycan Xalqına müraciət edib. Oxu24.com xəbər verir ki, ordumuzun zabiti bu gün düşmənlə döyüşdə üstünlüyün tam olaraq bizdə olduğunu bildirib. Zabit xalqa müraciət edib. O, bildirib ki, ordumuza məxsus silahlar,texnikalar çəkilərək sosial şəbəkələrdə yayımlanıb. Onun […]