Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyev ev dustaqlığına buraxılmaqla bağlı məhkəməyə müraciət edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, prosesdə vəsatətlərə baxılıb və qərar qəbul edilib. Məhkəmənin qərarı ilə İlqar Əliyev də ev dustaqlığına buraxılıb. Qeyd edək ki, məhkəminin digər bir qərarı ilə Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq […]
Deputat: Paşinyan BMT-dəki çıxışında özünü ifşa etdi
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı ilə özünü və təmsil etdiyi dövlətin siyasətini bütün dünyada rüsvay etmiş oldu. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, Paşinyanın belə uğursuz çıxış edəcəyi əvvəlcədən proqnozlaşdırılan məsələ idi: “Çünki Azərbaycan əleyhinə çıxış […]
Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyasında Paşinyanın cəfəng bəyanatlarını qətiyyətlə rədd edib
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi siyasi debatlarında bəyanatla çıxış edərək Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu barədə bəyanatına cavab verib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, öz çıxışında bildirib: “Hamıya yaxşı məlum olduğu […]
Prezident İlham Əliyev Ukraynanın dövlət başçısına başsağlığı verib
Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından […]
Akif Qurbanova yeni vəzifə VERİLDİ
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin Sədri, professor Akif Qurbanova yeni vəzifə verilib. Dogrusoztv.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Məlumata görə, Akif İrzaxan oğlu Qurbanov TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı tərəfindən V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstituna elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Baş Nazirdən təhsillə bağlı yeni QƏRAR
Nazirlər Kabineti “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda dəyişiklik edib. Dogrusoztv.Az xəbər verir ki, bununla bağlı baş Nazir Əli Əsədov qərar […]
Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon (qırx iki milyon beş yüz min) […]
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Avropa İttifaqının xüsusi nümayəndəsini salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, sizi görməyə çox şadam. Bir neçə aydan sonra siz qayıtmısınız, əlbəttə ki, bu, pandemiyaya görə olmuşdur. Lakin karantin rejiminin yüngülləşdirilməsindən sonra […]
Vyaçeslav Volodin: Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı Vyaçeslav Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Söhbətdə tərəfləri […]
Bakı, Gəncə və Qəbələ YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilib (FOTO)
Azərbaycan Respublikasının 3 şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu ilin 23 sentyabr tarixində YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi tərəfindən adları açıqlanan üzvlər sırasında ilk dəfədir ki, Azərbaycan şəhərləri yer […]