Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə “Koronavirus (COVİD-19) xəstəliyinə qarşı tədbirlər davam etdirilir.

Laçın Rayon İcra Hakimiyyətində yaradılmış xüsusu qərargahın təşkilatçılığı ilə 02.04.2020-ci il tarixdə Laçın rayon sakinlərinin daha sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisində “Koronavirus (COVİD-19) xəstəliyinə qarşı qabaqlayıcı proflaktik tədbirlər davam etdirilmişdir.Belə ki, ərazidəki məcburi köçkün qəsəbələrində 3 inzibati binada, 2 ərzaq mağazasında, 2 bankomatda, park və meydanlarda  dezinfeksiya tədbirləri […]

KARANTİN TƏDBİRLƏRİ-Ağcabədi rayonu maarifləndirmə işləri davam etdirilir.

Ağcabədi rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində işlər davam etdirilir.Rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin […]

KARANTİN TƏDBİRLƏRİ – Ərzaq məhsulları satışının təşkilinə diqqət və qayğı artırılır.

Dünyada tüğyan edən koronavirus epidemiyası ilə əlaqədar olaraq ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da geniş qabaqlayıcı tədbirlər həyata keçirilir. Rayon əhalisi arasında izahat və maarifləndirici tədbirlər aparılır. Mövcud karantin qaydalarına riayət edilməsi üçün müvafiq işlər görülür. Doğrusöztv.Az -a verilən məlumata görə, Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bu istiqamətdə son günlər […]

Mehriban Əliyevadan aprel döyüşləri ilə bağlı paylaşım – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ordumuzun aprel qələbəsinin 4-cü ildönümü ilə bağlı şəxsi instaqram səhifəsində paylaşım edib. Doğrusöztv.Az xəbər verir ki, paylaşımda deyilir: “Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: “Əvvəl-axır işğalçı cavab verəcək”

Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcər rayonunun işğalı və 2016-cı ilin aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb. Unikal.org-un xəbərinə görə, bəyanatda deyilir: “1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib […]

Prezident onu nazir müavini təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov  Unikal.org-a bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Hidayət Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini təyin edilib. O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri […]

Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır

Bu ay Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır. Doğrusöztv.Az report-a istinadən xəbər verir ki, sonuncu dəfə Milli Məclis E.Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib. 9 aprel 2015-ci il tarixində isə Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb. Ümumiyyətlə isə, […]

KARANTİN TƏDBİRLƏRİ – Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın Məlumatı

KORONAVİRUS (COVID-19) İNFEKSİYASININ AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ GENİŞ YAYILMASININ QARŞISININ ALINMASINA DAİR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDAKoronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.Fərdi evlərdən və mənzillərdən insanların çıxışı […]