“Biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik” – Latviya lideri

alfonsonri

Azərbaycanla Ermənistan arasında sülh prosesində biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir. Bu fikirləri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında səsləndirib. E.Levits qeyd edib: “Belə bir sülh sazişinə nail olmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi […]

Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb

alfonsonri

Martın 8-də Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb. Timor-Leste Prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlıq […]

Sabah intensiv yağış yağacaq

alfonsonri

Bakıda və Abşeron yarımadasında martın 9-u günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdalıqda bildirilib. Qeyd olunub ki, yarımadanın bəzi ərazilərində yağıntının intensivləşəcəyi ehtimalı var. Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, […]

Mikayıl Cabbarov xanımları təbrik etdi

alfonsonri

İqtisadiyyat naziri Mikayıl Cabbarov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib. Nazir təbrikini özünün “Twitter” hesabında çatdırıb. “Hörmətli xanımlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizə səmimi təbriklərimizi çatdırırıq. Azərbaycan xanımları zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir. Sizə möhkəm cansağlığı və firavanlıq arzulayırıq!”, – deyə o qeyd edib.

Azərbaycanda zəlzələ oldu

alfonsonri

Bu gün Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Xankəndi-Laçın yolundakı aksiyanın 87-ci günüdür

alfonsonri

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 87 gündür davam edir. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş […]

“Avroviziya”nın final biletləri rekord müddətə satıldı

alfonsonri

Liverpulda keçiriləcək “Avroviziya-2023” mahnı müsabiqəsinin finalının biletləri 36 dəqiqəyə satılıb. Bu barədə “Sky News” məlumat yayıb. Mənbənin sözlərinə görə, biletlərə tələbat çox yüksək olduğundan bir çox istifadəçi problemlə qarşılaşıb. Bir biletin qiyməti 80 ilə 380 funt sterlinq (təxminən 160-763 manat) arasında dəyişirdi. Qalan şoular üçün biletlər təxminən bir saat ərzində […]