Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı onu İrəvana səfərə dəvət edib. Bu barədə Ermənistan mediası məlumat yayıb. Qazaxıstan Prezidenti Ermənistanın Baş nazirinin dəvətini qəbul edib. Tokayev Paşinyanı yenidən Ermənistanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Öz növbəsində, Ermənistanın Baş naziri Qazaxıstan Prezidentinə […]

Romada İsrail-Livan görüşü – “Hizbullah” da HƏMAS-ın aqibətini yaşayacaq – ŞƏRH

İtaliyanın paytaxtı Romada İsraillə Livan arasında ABŞ-nin vasitəçiliyi ilə danışıqlar aparılır. Avqustun 6-dək davam edəcək danışıqlarda tərəflər Livanın cənubunda İsrailin qoşunlarının yenidən yerləşdirilməsini və quru sərhədi ilə bağlı mübahisəli məsələlərin həllini müzakirə edirlər. Bu baxımdan İsrail qoşunlarının Livan ərazisindən çıxarılması üçün “pilot zonalar”ın sayının artırılması, sülh, təhlükəsizlik və sabitlik haqqında […]

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Azərbaycanda çimərlik mövsümü ilə bağlı dəniz sahillərinə üz tutan insanların sayının artması fonunda suda boğulma halları narahatlıq doğuran səviyyəyə çatıb. Builki mövsüm başlayandan – yəni, iyunun 15-dən qeyri-çimərlik ərazilərində 40 nəfərin meyiti aşkarlanıb. Mütəxəssislərin fikrincə, bu cür hadisələr faciə olmaqla yanaşı, ölkənin turizm imicinə mənfi təsir göstərən amildir. Təhlükəsizliklə bağlı […]

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, müsabiqə regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələrinin tutulması məqsədilə elan olunub. Direktor vəzifəsi üzrə əmək funksiyalarına teatrın fəaliyyətini Azərbaycan qanunvericiliyinə uyğun təşkil etmək; yaradıcı və […]

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qax rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” və “Niva” markalı iki avtomobil toqquşub. Nəticədə yol kənarına aşan “Hyundai”da olan iki nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi […]

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır – ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun seçkilərindəki qələbədən sonra Rusiyaya yaxın oliqarxların iqtisadi təsirini zəiflətməyə çalışan xətti əsas götürüb. Bunun üçün isə başda Qaqik Tsarukyanın biznes imperiyası olmaqla, Rusiyanın Ermənistandakı iqtisadi və strateji mövqeləri ilə, xüsusən də dəmir yolu və hərbi baza (Gümrüdəki 102-ci bazadan söhbət edir) məsələlərini yenidən […]

Culfaya yeni icra başçısı təyin edilib

Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, N.Cahidzadə bundan əvvəl, 2024-cü il fevralın 21-dən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Sabah 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 5-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 […]