Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng edib. Dövlətimizin başçısı Emoməli Rəhmonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. Tacikistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin […]
Prezident İlham Əliyev Tərtər və Bərdə rayonlarında səfərdə olub – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub. Dövlət başçısı Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. İlham Əliyev Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib. Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Dövlət başçısı […]
İlham Əliyev Tərtərin Talış kəndində və Suqovuşanda Azərbaycan bayrağını ucaldıb
İlham Əliyev Tərtərin Talış kəndində və Suqovuşanda Azərbaycan bayrağını ucaldıbİlham Əliyev Tərtərin Talış kəndində və Suqovuşanda Azərbaycan bayrağını ucaldıbAzərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. “Report” xəbər verir ki, Azərbaycan Prezidenti Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində olub.Prezident İlham Əliyev […]
Suqovuşanın erməni işğalından azad edilməsindən 1 il ötür
Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsinin ildönümüdür. Sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə […]
Şəkidə şadlıq sarayında pandemiya tələbləri pozulub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Şəki rayonu, Oxud kəndində fəaliyyət göstərən “Oxud” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Bu barədə Trend-ə AQTA-dan bildirilib. Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu […]
Milli Məclis Türkiyə ilə Azərbaycan arasında xüsusi təyinatlılarla bağlı sənədi təsdiq etdi
Milli Məclisdə “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunun layihəsi bu gün müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Memorandum Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri zamanı onların ölkəyə […]
Prezident, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz qətiyyəti döyüşlərdə bizə güc verirdi – XTD komandiri
Tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrilən Vətən müharibəsinin ildönümüdür. Vətən müharibəsində qəhrəmanlıqları ilə yaddaşlarda qalan igidlərimizdən biri, DİN Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin komandiri, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Zəfər Yusibov Trend-ə verdiyi müsahibədə müharibə zamanı yaşananlardan bəhs edib. Polkovnik bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin döyüş […]
İlham Əliyev: “Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb”
“Biz, əlbəttə, bu ittihamları rədd edirik. Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb”. Bu fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində “Hərbi əsirlərə gəldikdə, “Human Rights Watch” Azərbaycanı onları saxlamaqda, onlara işgəncə verilməsində ittiham edir. Buna cavabınız necə olardı? Xoşməramlı jest kimi, […]
İlham Əliyev: “Səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı”
“Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirmişik. Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq”.Prezident İlham Əliyev bu barədə “France-24” televiziya kanalına müsahibəsində Fransanın mövqeyi ilə […]
Ucar rayonundan vətəndaşın şikayəti. Piyadaların həyatı təhlükədədir.
Ucar rayon sakinləri yolun pyadalar üçün olan hissəsinin ağaclar ilə bağlanmasına görə narazılıqlarını bildirirlər. Ətraflı videoda: 1 – ci hissə 2 – ci hissə