Simulyasiya mərkəzləri beynəlxalq təcrübədə xüsusi yer tutur və tibb peşəsində peşəkarlığı artırmaq üçün vacibdir. Bunu Yeni Klinikada Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev deyib. Onun sözlərinə görə, bütün dünyada heç bir səhiyyə sistemi resursa doymur, ona görə də hər zaman bu proses davamlı təşkil […]
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
[center][img]https://azadmedia.az/uploads/posts/2026-07/1783493011_screenshot-2026-07-08-104053.png[/img][/center]İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.
Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq
Sabah Yevlax və Bərdə rayonlarının bəzi kəndlərinin təbii qazın verilməsində məhdudiyyətlər yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 9-da saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Malbinəsi, Qoyunbinəsi, Qaraməmmədli, Qaramanlı, Hacımahmudlu, […]
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları və ya 2,64 % artaraq 75,66 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,87 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
ABŞ və İran bir-birinin 80-dən çox hərbi obyektinə qarşılıqlı zərbələr endirib
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz və Aerokosmik qüvvələri ABŞ-nin İrana zərbə endirməsinə qarşılıq verib. SEPAH-ın bu barədə bəyanatını “Fars” agentliyi yayıb. Bəyanatda ABŞ-nin hücumları sabiq ali dini rəhbər “Əli Xameneinin vida mərasiminə kölgə salmaq” məqsədi güddüyü bildirilib. “İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz və Aerokosmik Qüvvələri müştərək raket […]
Paytaxtın Yasamal və Nizami rayonları, həmçinin Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Bu gün paytaxtın Yasamal və Nizami rayonları, həmçinin Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Məhəmməd Naxçıvani, Murtuza Muxtarov, İbrahim Əbilov, Cəfər […]
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək.Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Siyahıyaalınma Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisi üzrə əhaliyə dair müfəssəl məlumatların əldə edilməsi və sosial-demoqrafik vəziyyətin qiymətləndirilməsi məqsədilə reallaşacaq. Fərmana əsasən, ölkədə 2029-cu il oktyabrın 1-nə olan vəziyyət […]
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
Prezident İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib.Ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur. Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % […]
Donald Tramp NATO zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə gəlib
ABŞ Prezidenti Donald Tramp NATO dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə gəlib. Bu barədə NTV məlumat yayıb. ABŞ lideri ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş planlaşdırılır.
Zelenski: Ukrayna NATO-nun Ankaradakı sammitindən ciddi nəticələr gözləyir
Ukrayna NATO-nun Ankaradakı sammitindən ciddi və konkret nəticələr gözləyir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. “Qarşıda Ankarada mühüm işlər var. Biz ciddi və məhsuldar NATO sammiti gözləyirik. Hazırda xalqımızın daha etibarlı müdafiəsini təmin edəcək, müdafiə imkanlarımızı genişləndirəcək, həmçinin Ukrayna, Avropa və Amerika arasında təhlükəsizlik sahəsində əməkdaşlığı daha […]