Növbəti dörd ildə 14 regional DOST mərkəzi istifadəyə veriləcək

Azərbaycanda 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub. Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun 2025-ci il üzrə yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, keçən il DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4,1 milyondan çox […]

Azərbaycan Honqkonq pasportunu daşıyanlar üçün vizasız rejim tətbiq edib

Azərbaycan Honqkonq Xüsusi İnzibati Rayonu (HKXIR) pasport sahibləri üçün məhdud müddətə vizasız rejim tətbiq edərək giriş şərtlərini asanlaşdırıb. Bu barədə Honqkonq HKXIR-in mətbuata açıqlamasında bildirilir. Honqkonq XİR pasport sahibləri 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilə qədər olan müddətdə üç dəfəyədək, hər girişdə 30 günədək Azərbaycana vizasız səfər edə […]

UEFA Çempionlar Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin püşkü atılacaq. Tədbir bu gün, saat 15:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq. Mərasimdə “Qarabağ”ın da pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək. Səpələnməmişlər sırasında yer alan Azərbaycan çempionu PSJ və ya “Nyukasl” komandalarından birinə rəqib olacaq. Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü […]

Azərbaycan 61-ci Venesiya Biennalesində milli pavilyonla təmsil olunacaq

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə 61-ci Venesiya Biennalesində Əməkdar rəssam Faiq Əhmədin “Diqqət” (The Attention) layihəsi ilə təmsil olunacaq. Azərbaycan milli pavilyonundakı ekspozisiya mayın 9-dan noyabrın 22-dək açıq olacaq. “Diqqət” (The Attention) müasir incəsənətin əhəmiyyətli beynəlxalq platformalarından birinə Azərbaycanın töhfəsidir. Pavilyonun mərkəzində Faiq […]

Bakının bəzi yollarında tıxac yaranıb

Bakının bəzi yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Üzeyir […]

İstanbulda məhbusları daşıyan avtomobil aşıb, 10 nəfər yaralanıb

Türkiyənin İstanbul Şəhər Jandarma Komandanlığına məxsus və məhbusların daşınması üçün nəzərdə tutulmuş avtomobil naməlum səbəbdən aşıb. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, avtomobildə sürücü ilə yanaşı, 12 məhbus, 4 jandarma əməkdaşı olub. Qəza nəticəsində ikisi ağır olmaqla 10 nəfər xəsarət alıb. Ağır yaralılardan birinin jandarma əməkdaşı, digərinin isə […]

ABŞ-İran münasibətinin həlli yolları: danışıqlar, yoxsa müharibə? – ŞƏRH

“Danışıqlar ədalətli və real olacaqsa, İran ABŞ ilə dialoqa həmişə hazırdır”. Bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib.O, Tehranda CNN-ə verdiyi müsahibədə deyib ki, İslam Respublikası danışıqlara hazır olsa da, bu, ABŞ prezidentinin axtardığı dialoq deyil, Donald Tramp sadəcə “öz iradəsini başqalarına qəbul etdirmək istəyir”. Parlament sədri ötən il dekabrın […]

Prezident Gömrük Komitəsinin əməkdaşlarını təltif edib, ali xüsusi rütbələr verib – SİYAHI

Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla Dövlət Komitəsinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib: “gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsiŞahin Soltan oğlu Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsiFuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası […]

“AmCham”: Kvant texnologiyaları neft-qaz, nəqliyyat və bank sektorlarını təhdid edir

Azərbaycanda “Milli Post-Kvant Kriptoqrafiya Strategiyası”nın hazırlanması təklif olunur. Belə təkliflə Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) dərc etdiyi “Ağ sənəd 2025” adlı hesabatında çıxış edir. Sənəddə bildirilir ki, sözügedən strategiya “Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik […]

Azərbaycanda fövqəladə vəziyyətdə rabitə müəssisələrini birbaşa idarə edəcək qurum müəyyənləşib

Nazirlər kabineti 15 fevral 2012-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”da dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, rabitə müəssisələri və poçt rabitəsinin milli operatoru öz funksiyalarını “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”a uyğun yerinə […]