Azərbaycan nefti 6 dollar bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,02 ABŞ dolları və ya 5,8 % artaraq 110,51 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 105,96 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Yaponiya xaricə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırıb

Yaponiya onilliklər ərzində müdafiə ixracı qaydalarının ən böyük islahatını həyata keçirərək xaricə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Qeyd olunur ki, yeni qərar hərbi gəmilərin, raketlərin və digər silah növlərinin ixracına yol açır. Dəyişikliklər milli müdafiə sənayesinin gücləndirilməsinə yönəlib və Tokionun uzun illər ölkənin […]

Bakıda 18 istiqamətdə tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. […]

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib.Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti […]

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb.Bunlar “Skynet” MMC və “Robonet” MMC-lərdir. Nəticədə sözügedən provayderlərin uçotu ləğv edilib. Xatırladaq ki, “Skynet” 2023-cü ilin aprel ayında, “Robonet” MMC isə 2024-cü ilin yanvar ayında uçota alınıb. Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub. Qeyd edək ki, […]

Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar

Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepon və Niderland Krallığının ölkəmizdəki səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar. Görüşlər zamanı, aprelin 16-da Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz […]

Yasamalın bir hissəsində qaz kəsilib

Bu gün saat 12:30-dan etibarən Bakının Yasamal rayonunun bir hissəsində qaz kəsilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bu rayonun A.Şaiq küçəsində söküntü işləri ilə əlaqədar qaz xətlərinin yerinin dəyişməsi məqsədilə Z.Adıgözəlov, M.Muxtarov, Zərgərpalan, Ə.Hüseynzadə, A.Şaiq küçələrinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən cari il üçün təsdiq olunmuş hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb. Müdafiə Naazirliyindən verilən xəbərə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən […]