Bakı Bulvarının uzunluğu 25 kilometrə çatdırılacaq

Bakı Dənizkənarı Bulvarının uzunluğunun gələcəkdə 25 kilometrə qədər artırılması nəzərdə tutulur. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib. Onun sözlərinə görə, son illərdə Bakı Dənizkənarı Bulvarı keyfiyyətcə yeni mərhələyə keçib. E. Əzizov qeyd edib ki, əvvəllər 3 kilometr olan bulvarın uzunluğu hazırda 17 kilometrə çatdırılıb. O əlavə edib […]

Bəzi rayonlarda hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı […]

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10268165 nəfərə çatıb.Bu, Dövlət Statistika Komitəsinin yanvar-aprel ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb. Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini […]

“Qadın dəstək xətti”nə daxil olan müraciətlərin statistikası açıqlanıb

Keçən il “Qadın dəstək xətti”nə daxil olan müraciətlərin statistikası açıqlanıb.Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb. Məlumatda bildirilir ki, 2025-ci ildə “Qadın dəstək xətti”nə ümumilikdə 924 […]

Hikmət Hacıyev: Beynəlxalq tədbirlər keçiriləndə Azərbaycana qarşı qarayaxma kampaniyalarına start verilir

Azərbaycana qarşı kampaniyaların sayı azalıb. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. “COP29 zamanı olduğu kimi, bu forum dövründə də müəyyən təzyiq və qarayaxma kampaniyalarının şahidi oluruq. Tədbirlə bağlı manipulyativ məlumatlar yayılmağa çalışılır, bəzi media orqanlarında məqsədli informasiyalar dövriyyəyə buraxılır. […]

Sabah Bakıda 25 dərəcə isti olacaq

Sabah Bakıda 25 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° […]

Sabah bütün pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Fond məlumat yayıb.  Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

ABŞ daha bir ölkə ilə müharibəyə hazırlaşır

ABŞ Kubaya qarşı hərbi əməliyyatlara hazırlaşır.Vaşinqtonun aylarla davam edən iqtisadi təzyiqi və sanksiyaları Havanada islahatlara səbəb ola bilməyib və Ağ Evdə məyusluq yaradıb. ABŞ Cənub Komandanlığı fövqəladə vəziyyət üçün plan hazırlayıb.  Bura hədəf hava hücumlarından tutmuş Kubada qeyri-stabillik yaradacaq genişmiqyaslı əməliyyatlara qədər ehtiyat planları hazırlanıb.

Onlara 271 min reabilitasiya vasitəsi verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-aprel aylarında əlilliyi olan 5700 şəxsi 271 min reabilitasiya vasitəsi ilə təmin edib. Qeyd olunan reabilitasiya vasitələrindən 644-sı təkərli oturacaq (o cümlədən 11-i mühərrikli təkərli oturacaq), 870-i aşağı və yuxarı ətraf protezi, korset, 1500-ü […]